Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Bank BTB“ böhranda: Zərər 2 milyon manata çatdı

Tarix 10.10.25, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Mərkəzi Bank 2025-cü ilin ilk yarısında ölkədə fəaliyyət göstərən bir bankın zərərlə işlədiyini açıqlayıb.

Teleqraf-ın araşdırmasına əsasən bu bank "Bank BTB"-dır.

Maliyyə qurumunun cari ilin ikinci rübünə olan hesabatına əsasən, zərəri 1 milyon 666 min manat təşkil edir.

Bu ilin yanvar-mart aylarında da "Bank BTB" ASC maliyyə qurumları arasında ən az mənfəət əldə edən bank olmuşdu. Qurumun əldə etdiyi xalis mənfəət cəmi 800 min manat təşkil edirdi. Bu da banklar arasında rüb ərzində qeydə alınan ən aşağı xalis mənfəət idi.

Onu da qeyd edək ki, bank 2024-cü ilin 839 min manat zərərlə başa vurmuşdu.

"BTB” ASC-nin əməliyyat mənfəəti də ötən ilin sonundakı 5 milyon 270 min manatdan bu ilin iyul ayının 1-nə 2 milyon 546 min manata düşüb. Bankın kapitalı 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyon 719 min manat azalaraq 51 milyon 470 min manatdan 49 milyon 750 min manata enib.

Mərkəzi Bankın hesabatına görə, 2025-ci ilin birinci yarımili ərzində bank sisteminin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% (-37 mln. manat) azalaraq 577 mln. manat təşkil edib. Lakin bir bank istisna olmaqla bütün banklar mənfəətlə fəaliyyət göstərib.

Belə ki, 2025-ci ilin ikinci yarısında mənfəətlə işləyən 21 bankın mənfəəti 580 mln. manat, zərərlə işləyən 1 bankın zərəri isə 2 mln. manat olub.

Tənzimləyicidən verilən məlumata əsasən sektorun mənfəətliliyinin azalmasının əsas səbəbi artan faiz və qeyri-faiz xərcləri olub.



Xəbərin oxunma sayı : 1099




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap