Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Banklar maliyyə itkilərini gizlədir , kapitallarını isə şişirdirlər” - Əkrəm Həsənov

Tarix 27.10.18, 19:48

Font ölçüsü : - / +
bitmap-img6


Son illər bank sektorunda yaşanan problemlər, o cümlədən hökumətin bankların sağlamlaşdırılması ilə bağlı qərarı kritik vəziyyətdə olan bankların qarşısında iki seçim qoymuş oldu. Kommersiya bankları ya birləşməli, ya da bağlanmalı idi. Məlum olduğu kimi, 11 bank mövcud problemlər səbədindən bağlandı və onların heç biri birləşməyə cəhd etmədi. Hazırda da Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi 50 milyon manatlıq kapitala malik olmayan və maliyyə sektorunda yaşam savaşı verən banklar var. Lakin onların birləşməsi, konsolidasiya yaradaraq daha güclü şəkildə yoluna davam etməsi haqqında söhbət belə getmir. Bəs niyə banklar birləşməməkdə israr edirlər? Bu prosesin baş tutmamasının səbəbi nədir?

İqtisadçı ekspert, hüquqşünas Əkəm Həsənov “Yeni Müsavat”a müsahibəsində bu suallara aydınlıq gətirdi:

- Əkrəm bəy, bankların sağlamlaşdırılması prosesinin tərkib issəsi olaraq  bir neçə bankın birləşəcəyi də gözlənilirdi. Lakin banklar bağlanma təhlükəsi ilə üzləşsələr belə, birləşmə qərarı vermədilər. Bunun səbəbi nədir?

- İki-üç il öncə bankların birləşəcəyi haqqında söhbət gəzəndə də mən deyirdim ki, bu mümkün deyil. Hansısa bankın  könüllü olaraq  digəri ilə birləşməsi çətin məsələdir. Səbəb isə ilk növbədə qeyri-şəffaflıqdır, güvənsizlikdir. Yəni, bank rəhbərləri bir-birilərinin elan etdiyi rəsmi rəqəmlərə inanmırlar. Başa düşürlər ki, hər biri ayrılıqda dövləti aldatmaqla məşğuldurlar. Vergidən yayınırlar, problemli kreditlərin həcmini azaldırlar ki, daha az ehtiyat yaratmalı olsunlar və sair. Belə olan şəraitdə heç bir tərəf öz bankının həqiqi dəyərini açıqlamır ki, birləşəndə onu nəzərə ala bilsilər. Məsələn, bankın birinin aktivlərinin xalis dəyəri 60 milyon manatdır, digərinin aktivləri isə 40 milyon manatdır. Deməli burada, bankın səhmləri də bu rəqəmlərə müvafiq olaraq bölünməlidir. Lakin tərəflər bir-birinə etimad etmir ki, həqiqətəın də aktivlər qeyd olunan qədərdir.  Bu qeyri-şəffaflıq və eimadsızlıq şəraitində bankların birləşməsi mümkün görünmür. Orbitr də yoxdur ki, birləşən banklar nə əldə edəcək. Belə şəraitdə orbitr rolunu audit şirkətləri oynaya bilər. Yəni , həmin bankın tanınmış audit şirkətləri tərəfindən yoxlanışının nəticələri əsas götürülə bilər.

- Sizcə, Azərbaycan şəraitində audit şirkətlərinin açıqladığı  nəticələrə etibar etmək olarmı?

- Bizdə hətta dünyanın aparıcı audit şirkətlərinin apardığı yoxlamaların nəticəsinə belə inam yoxdur. Dünyada dörd ən nəhəng audit şirkəti var. Onlar PriceWaterhouseCoopers,  Deloitte, Ernst & Young və KPMG-dir. Məsələn, KPMG ən böyük bankların, eyni zamanda “Bank Standard”-ın auditini həyata keçirib. Bankların fəaliyyət göstərdiyi dövrdə auditin nəticəsini müsbət açıqlayırdı, deyirdi vəziyyət yaxşıdır. Bank bağlandıqdan sonra isə vəziyyətin pis olduğunu bildirirdi. Deməli, audit şirkətlərinə də etibar yoxdur. Bu cür şəraitdə təbii ki, birləşmə də alınmayacaq. Çünki qeyri-sağlam münasibətlər var.

-  “Milli xüsusiyyətlərimizdən” biri də koorporativ idarəetməni bacarmamağımızdır, bu haqda zaman-zaman danışılıb. Sizcə bu nüansın burada da da rolu varmı? Bank rəhbərləri şərik işləməkdənsə müəssisənin bağlanmasını üstün tutur...

- Bəli, bizdə insanlar şərik olmağa yaxşı baxmırlar. Hətta buna uyğun atalar sözləri də var. Səbəb isə odur ki, biri-birini aldatmağa da meyillilik var. Ötən il bu sektorda bir neçə birləşmənin olacağı ilə bağlı bəyanatlar verildi. Ancaq bu da baş tutmadı. Çünki bir-birinə etimad etmədilər. Hazırda “Acsess Bank”ın vəziyyəti çox pisdir. Hətta məlumat var ki, qanunsuz yollarla kreditləri qaytarmaq istəyirlər. “Acsess Bank” daha da irəli gedərək hüquq-mühafizə orqanlarına müraciət edib ki, filan sahibkarlar kreditləri qaytarmır və bu məsələdə bizə kömək edin. Onu da bildiriblər ki, güya həmin sahibkarlar banka yanlış məlumatlar verərək krediti qanunsuz əldə ediblər. Burada isə söhbət qara mühasibatlıqdan gedir. Yəni, şirkətlər vergidən yayınmaq üçün rəsmi maliyyə hesabatlarında əmək haqlarını, gəlirləri aşağı göstərirlər. Bankdan kredit almağa gələndə isə gəlirləri çox göstərməyə çalışırlar. Bank da bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib ki, kredit alanlar oları aldadıblar. Bu yerdə onlara sual verən yoxdur ki, bəs niyə qara mühasibatlığın arayışını qəbul ediblər.

- Bəs sizcə, problemli banklar birləşsəydi, vəziyyət müsətə doğru dəyişə bilərdimi?

- Məcazi dillə desək, əslində belə bir mövqe var ki, iki xəstəni evləndirmək olmaz. Onlardan doğulanlar da xəstə ola bilər. Bu mənada iki bankın ikisi də problem içində boğulursa, problemlərin üzərinə digərləri də gələcək. Şərt odur ki, iki bank birləşəndə onlara yeni səhmdar qoşulmalıdır və yetərincə pul qoymalıdır. Yatırım etməlidir ki, bankın problemləri həll edilsin. İndi məsələ  odur ki, Azərbaycan banklarına pul qoymaq istəyən yoxdur. Nə  xarici , nə də yerli investor gəlib hansısa banka pul qoymaq istəmir. Səbəb  o deyil ki, banklar problemli vəziyyətdədirlər. Əsas məqam ondur ki, bu problemi həll etməli olan dövlət qurumlarının müvafiq proqramları, o proqramları  həyata keçirmək əzmi, savadı görünmür. Belə şəraitdə heç kim hansısa bankın səhmlərini almağı qəbul etməyəcək,   düşünəcək ki, bu pullar da hansısa formada silinə bilər.

- Maliyyə Bazarlarına Nəzarət Palatası  minimum 50 milyon manat kapitala malik olmayan bankların  ya birləşməsi, ya da bağlanması ilə bağlı  qərar vermişdi. Hazırda bu qədər kapitalı toplaya bilməyən və taleyi sual altında olan neçə bank var?

- Bu barədə ictimaiyyətdə dəqiq məlumat yoxdur. Təxminən 5 bankın kapitalının 50 milyon manata çatmadığı deyilir. Ancaq bu məlumatlar etibarlı deyil. Çünki bu məlumatlar özlərinin maliyyə hesabatlarına əsaslanır.  Banklar bir çox hallarda maliyyə itkilərini gizlədir və kapitallarını şişirdirlər. “Bank Standard”ın 2013-cü il üzrə maliyyə hesabatınbda bildirilirdi ki, bankın cəmi 7 milyon manat itkisi olub. Bu da elə böyük bir bank üçün ciddi bir itki sayılmırdı. 2014-cü ildə isə itkinin 110 milyon manat olduğu açıqlandı. Bir il sonra “Bank Standard” bağlandı və məlum oldu ki, itkiləri 1 milyard manatdan  çoxdur. Bu isə o deməkdir ki, banklar itkiləri azaltmaqla kapitallarını şişirdirlər. Ona görə də, biz bankların əksəriyyətinin maliyyə hesabatlarına etibar etmirik. Banklar problemli kreditlərini az göstərirlər, ona görə də az ehtiyat yaradırlar. Bu səbəbldən də kapitallarını daha çox göstərə bilirlər.

- Yəni, daha bir neçə bankın bağlanması istisna deyil...

- Bəli, bankların bağlanması istina edilmir. Sadəcə bu proses hazırki dövrdə baş verməyəcək. Çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının daimi rəhbərliyi yoxdur, onu müvəqqəti rəhbər əvəz edir. Dövlət başçısı MBNP-nın Direktorlar Şurasını ləğv etdi. İdarə Heyəti qalır, lakin bu vəziyyətdə olan bir qurumun  hər hansı ciddi addımlar atacağını gözləmirəm. Çox güman ki, ilin sonuna kimi yeni rəhbərlik təyin olunacaq. Görək MBNP-nın yeni rəhbəri hansı addımlar atacaq.



Xəbərin oxunma sayı : 271




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap