Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Barselona“ mübarizəni dayandırdı, bu klublar yarımfinala yüksəldi - Avroliqa

Tarix 15.04.22, 0:56

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.  

Qol.az xəbər verir ki, "Atalanta" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Leyptsiq"i qəbul edib. 2:0 hesabı ilə qalib gələn qonaqlar yarımfinala yüksəlib.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İspaniyada olub. "Barselona"  ilk matçda 1:1 hesablı bərabərliyə razılaşdığı "Ayntraxt"la evdə qarşılaşıb və 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.  

"Vest Hem" "Lion"un qonağı olub (ilk görüş - 1:1) və 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. "Braqa" isə ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Reyncers"lə səfərdə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Beləliklə, yarımfinalda "Reyncers" "Leyptsiq"lə, "Vest Hem" "Ayntraxt"la qarşılaşacaq. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də keçiriləcək.

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 0:2
Qollar: Kristofer Nkunku, 18; 87-pen.

İlk oyun - 1:1

23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:3
Qollar: Kostiç, 4-pen (0:1), Borre, 36 (0:2), Kostiç, 67 (0:3),  Buskets, 90+1 (1:3), Depay, 90+11-pen (2:3)

İlk oyun - 1:1

23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) - 0:3
Qollar: Douson, 38, Rays, 44, Boen, 48

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 3:1 
Qollar: Tavernier, 2 (1:0), 44-pen (2:0), Karmo, 83 (2:1), Ruf, 101 (3:2)
Qırmızı vərəqə: Tormeno, 42 ("Braqa")

İlk oyun - 0:1



Xəbərin oxunma sayı : 931




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap