Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Barselona“da yadplanetlilər oynayır“ - Montella

Tarix 22.04.18, 18:55

Font ölçüsü : - / +
bitmap-img6


“Barselona” bizi bütün amillərdə üstələdi. Çünki onların finallarda böyük təcrübələri var”.

Qol.az-ın “L`Equipe” nəşrinə istinadən məlumatına görə, bu sözləri İspaniya Kral Kubokunun finalında “Barselona”ya 0:5 hesabı ilə uduzduqları oyundan sonra “Sevilya”nın baş məşqçisi Vinçenso Montella deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan italiyalı mütəxəssis böyükhesablı məğlubiyyəti rəqibin heyətində çıxış edən ulduz futbolçularla əlaqələndirib:

“Barselona”nın heyətində yüksək səviyyədə çıxış edən yadplanetlilər var. Misal üçün İnyesta elə bir oyun sərgilədi ki, sanki onun 25 yaşı var. Biz meydanda ürəklə mübarizə apardıq. Buraxılan ilk qoldan sonra vəziyyəti dəyişməyə çalışdıq, qol epizodları yaratdıq. Amma oyuna nəzarət tamamilə rəqibin əlində idi”.

Məğlubiyyətə görə azarkeşlərdən üzr istəyən Montella komandadakı gələcək taleyi haqda da danışıb: “Azarkeşlərimizdən üzr istəyirəm. Paltardəyişmə otağında məyusluq hökm sürürdü. Oyunçularımın necə ağladığını gördüm. Ancaq təslim olmamalıyıq. Avroliqaya vəsiqə qazanmaq üçün çempionatda mübarizəmizi davam etdirməliyik. O ki qaldı klubdakı gələcəyimə, bura 4 ay öncə gəlmişəm. Çempionlar Liqasında tarix yazdıq, kubokda finala qədər gəldik. Klubla müqaviləm var və mən işimi davam etdirmək istəyirəm”.

Qeyd edək ki, “Sevilya” dünən Kral Kubokunun finalında “Barselona”ya 0:5 hesabı ilə uduzub.



Xəbərin oxunma sayı : 202




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap