Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Barselona”nın yeni “10 nömrə”si - 18 yaşlı rekordçu

Tarix 01.09.21, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Lionel Messinin PSJ-yə transferindən sonra uzun müddət onun "10” nömrəli formasını kimin daşıyacağı müzakirə olunurdu.
 
Fanat.Az xəbər verir ki, bu məsələ nəhayət həllini tapıb. Klub rəsmi saytı vasitəsilə sözügedən formanın məhz Ansusumane (Ansu) Fatiyə həvalə olunduğunu açıqlayıb. "Barselona”nın "Yeni Messisi” kimi görülən və parlaq gələcək vəd edən 18 yaşlı qvineyalı bundan sonra komandada "10” nömrəli formanı geyinəcək. Buna qədər "Barselona”da 17 və 22 nömrəli formaları geyinmiş Fati indi də vaxtilə Rivaldo, Ronaldinyo, Messi kimi ulduzların sahibi olduğu nömrə ilə meydanlarda görünəcək.
 
Bəs niyə "Barsa”nın əfsanələrinin "10” nömrəli futbolkası bu gənc oğlana həvalə edildi? Cəmi 18 yaşı olmasına baxmayaraq o, klubunda və İspaniya yığmasında bir sıra uğurlara nail olub, rekordlar müəyyənləşdirib. 
 
Həmin rekordları nəzərinizə çatdırırıq.
 
"Barselona”nın La Liqada ikinci ən gənc debütantı (25 avqust 2019-cu il)
 
Fati "Barselona”nın La Liqada debüt etmiş ən gənc ikinci futbolçusu olub. O, bu nailiyyəti 16 yaş 298 günlüyündə, "Betis”i "Kamp Nou”da 5:2 hesabı ilə məğlubiyyətə uğratdıqları qarşılaşmanın 78-ci dəqiqəsində Karles Perezi əvəzləyərkən əldə edib. İstedadlı forvard bu göstəricidə yalnız "Barsa”nın heyətində 16 yaş 9 ay 7 günlüyündə meydana çıxmış Visente Martinezdən geri qalır.  
 
Komandanın qol vuran ən gənc futbolçusu (31 avqust, 2019-cu il)
 
"El Sadar”da baş tutan "Osasuna”ya qarşı matçda Ansu "Barsa” tarixinin qol vuran ən gənc futbolçusuna çevrilir. Həmin vaxt 16 yaş 304 günlüyündə olan qvineyalı 2:2 hesabı ilə bitən qarşılaşmada fərqlənməyi bacarır. 
 
"Kamp Nou”da start heyətində meydana çıxan ən gənc oyunçu (14 sentyabr, 2019-cu il)
 
"Kamp Nou”da ilk dəfə start heyətində "Valensiya” ilə matçda meydana çıxıb. Həmin vaxt 16 yaş 318 günlüyündə idi.
 
La Liqada bir oyunda həm qol vuran, həm də məhsuldar ötürmə edən ən gənc futbolçu (14 sentyabr, 2019-cu il)
 
Elə "Barselona”nın 5:2 hesablı qələbəsilə bitən həmin qarşılaşmada 7 dəqiqə ərzində o, həm qol vuran, həm də məhsuldar ötürməyə imza atan ən gənc futbolçu ünvanına yiyələnib. 
 
"Kamp Nou”da qol vuran ən gənc oyunçu (14 sentyabr, 2019-cu il)
 
"Valensiya” ilə sözügedən qarşılaşmada həm də qol vurmaqla yadda qalan istedadlı oyunçu "Barselona”nın doğma stadionu "Kamp Nou”da daha bir uğura imza atır. O, fərqlənməklə "Kamp Nou”da qol vuran ən gənc futbolçu ünvanına da yiyələnir.
 
"Barsa”nın Çempionlar Liqasında debüt edən ən gənc futbolçusu (17 sentyabr, 2019-cu il)
 
Fati "Barselona”nın heyətində Çempionlar Liqasında da bəzi rekordlara imza atıb. Sözügedən yarışda ilk dəfə Dortmund "Borussiya”sına qarşı oyunda meydana çıxıb. Həmin vaxt 16 yaş 321 günlüyündə olan hücumçu 59-cu dəqiqədə məhz Messini əvəzləyib. Bununla da o, katalon klubunun Çempionlar Liqasında meydana çıxan ən gənc futbolçusu olub.
 
Çempionlar Liqası tarixində qol vuran ən gənc futbolçu (10 dekabr, 2019-cu il)
 
"San Siro”da "İnter”ə qarşı keçirilən qrup mərhələsinin final oyununun 85-ci dəqiqəsində Ansu meydana daxil olandan sonra fərqlənməyi bacarır. Bu qol "Barselona”ya qələbə gətirməklə yanaşı, ona 17 yaş 40 günlüyündə ÇL-da fərqlənən ən gənc futbolçu ünvanını da qazandırır.
 
İspaniya yığmasında meydana çıxmış ikinci ən gənc futbolçu (15 oktyabr, 2019)
 
21 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqroya qarşı oyunda forma geyinmək şansı qazanan Fati İspaniya yığmasında meydana çıxmış ikinci ən gənc futbolçu olub. O, bu göstəricidə yalnız "Barselona”nın digər yetirməsi Boyan Krkiçdən geri qalır. 
 



Xəbərin oxunma sayı : 928




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap