71 yaşlı Ajda ən böyük xəyalını açıqladı İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram” “Pişiyimin dərisini soyub saxlayıram” - Elza
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2018

    71 yaşlı Ajda ən böyük xəyalını açıqladı

  • / Maqazin / — 22 Yanvar 2018

    İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

  • / Maqazin / — 19 Yanvar 2018

    “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

  • / Maqazin / — 18 Yanvar 2018

    “Pişiyimin dərisini soyub saxlayıram” - Elza

  • / Maqazin / — 16 Yanvar 2018

    Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı

  • / Maqazin / — 15 Yanvar 2018

    Fədayə Laçının həbs müddəti uzadıldı

“Bədənimdə olan göyərmələrdən həzz alıram“ - Aygün Kazımova

Tarix 11.09.17, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


Solo konsertə hazırlaşan xalq artisti Aygün Kazımova bütün zamanını məşqlərdə keçirir.

Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında məşqlər zamanı xeyli zədə almasından danışıb:

"Əlimdən və ayağımdan zədələr almışam. Bu da normaldır. Etiraf edim ki, bu zədələrdən, bədənimdə olan göyərmələrdən həzz alıram".

Bir neçə aydır Heydər Əliyev adına İdman kompleksində rəqqasları ilə məşq edən A.Kazımova artıq məşqlərini konsertin keçiriləcəyi "Crystal Hall" səhnəsində davam etdirdiyini bildirib: 

"Gecələr də "Crystal Hall"da məşq gedir. Dekorasiya qurulmamış belə bu səhnə və məkan çox gözəldir. Çox xoşbəxtəm ki, bu yaşımda, yaradıcılığımın bu dövründə sağlam komanda ilə çalışıram. Komandamız isə həddən artıq böyükdür".

30 illik hesabat konsertindən danışan müğənni 22 sentyabr tarixində bütün arzularını həyata keçirəcəyini etiraf edib:

"İllərdir ki, bir arzum var. Səhnədə qanad açıb uçmaq. Bu konsertimizdə bunların hamısı baş tutacaq. Bir etiraf da edim ki, heç bir konsertdə bu cür hazırlıqlı olmamışam. Bu sözləri böyük cəsarətlə söyləyirəm".




Xəbərin oxunma sayı : 403

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda