|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“Belə getsə, 2 müdafiəçi ilə oynamalı olacağıq“ - Qurban Qurbanov
Tarix 23.07.21, 15:18 |
|
"Milli Mətbuat Günü münasibətilə hamınızı təbrik edirəm. Bu gün sizə qələbə hədiyyə etmək istəyirdik, alınmadı”.
AzFakt.com xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının II təsnifat mərhələsində "Aşdod”la keçirilən oyundan sonra deyib. İsrail klubunu Bakıda qəbul edən Ağdam təmsilçisi son dəqiqələrini azlıqda keçirdiyi matçda 0:0 hesabı ilə barışmalı olub. Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Futbolçular bu gün çox əziyyət çəkdilər. Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Son 10-15 dəqiqəni nəzərə almasaq, yüksək tempdə çıxış etdik. Uşaqlar çox çalışdılar, intizamlı oynadılar. "Aşdod" da təhlükəli əks-hücuma keçən komandadır. Elə bu əks-hücumdan Maksim Medvedev qırmızı vərəqə aldı. Problemlərə baxmayaraq, cavab görüşündə ən yaxşı oyunu göstərməyə çalışacağıq".
- Cavab oyununda müdafiənin mərkəzində kimi oynayacaqsınız?
- Hələ vaxtımız var. Bəzi matçlarda Qara Qarayevi həmin mövqedə oynatmışıq. Bu barədə düşünürük. Təəssüf ki, müdafiəçilərimiz bir-bir sıradan çıxır. Sonuncu dəfə nə vaxt belə halla üzləşdiyim yadıma gəlmir. Pandemiyadan əvvəlki dönəmdə olmuşdu, onda da Qaranı orada oynatmışdıq. Bu gün üçün Qaranın çıxışı daha real görünür.
- Rəqibin baş məşqçisi də oyundan əvvəl sizi favorit görürdü. Düşünmürsünüz ki, bu heç-heçə onlara əlavə inam verdi?
- Dünya futboluna nəzər yetirsək, komandaların gücləri bərabərləşməyə doğru gedir. Bu, həm milli, həm də klub səviyyəsində belədir. Bizim öz oyun üslubumuz və heyətimiz var. Amma bəzən dəyişmək lazım gəlir. Bu gün bizdə bu dəyişikliklər gedir. Hər il bir mövqe üçün oyunçu axtarırdıqsa, bu gün hər mövqeyə axtarırıq. Bəzi oyunçular 13-14 ildir komandadır. Düzdür, rəqib buradan bərabərliklə qayıtdı. Amma düşünürəm ki, oyunumuzu daha da yaxşılaşdıra bilərik. Onlara da nadir halda hücum şansı verdik. Cavab görüşündə həmin inamı onların əlindən almağa çalışacağıq.
- "Neftçi" və "Qarabağ"da heyətlə bağlı problem eynidir. Deyilənə görə, əcnəbi futbolçular Azərbaycana gəlmək istəmir. Halbuki 10-15 il əvvəl adlı-sanlı klublar gəlirdilər. Problem maliyyədədir?
- Azərbaycan reallığında bəlkə də, olmayan təkliflər etmişik. Böyük klubların ayrıca transfer büdcəsi olur. Bizim klublar da o səviyyəyə gəlib çıxmalıdır. İkincisi, istədiyimiz futbolçuların 80-90 faizi Azərbaycana gəlmək istəmir. Bilmirəm bu, pandemiya ilə bağlıdır, yoxsa özlərini daha yaxşı liqalarda görmək istəyirlər. Çox detallarda razılaşırıq, amma son anda fikirlərini dəyişib, deyirlər ki, gəlmək istəmirik. Yəqin ki, "Neftçi" də bu halla üzləşib. Bir neçə il əvvəl oyunçu gətirmək çox rahat idi. Klublarımıza böyük liqalardan güclü futbolçular çox rahat şəkildə gəlirdilər. Bəzi ölkələr çempionatlarında limiti aradan qaldırdılar. Hər klubda 18-20 legioner olur. Bu bizim üçün problemdir. Əlimizdəki oyunçuları qorumaq və öz oyunumuzu yaxşılaşdırmaq çox vacibdir. İkinci hissədə meydana buraxacaq oyunçumuz az idi. Biri zədədən qayıdıb, biri formada deyil. Çoxdan idi bu cür oyun keçirməmişdik. Məsələn, Zubir son 4-5 məşqdə kollektivlə birgə iştirak edib. Sanki hər şey bizim üzərimizə gəlir. Buna baxmayaraq, topa nəzarəti, öz oyun fəlsəfəmizi futbolçulara aşılayırıq. Mən burada oldum-olmadım, bu sistem qalmalıdır. Məsələn, "Barselona" heyətini itirdi, oyununu qaytara bilmədi. Həmçinin "Real" məşqçisini dəyişdi, sistem də dəyişdi. Bizdə neçə il idi hər şey düşündüyümüzdən də yaxşı alınırdı. Sadəcə, çox çalışmaq lazımdır. İnşallah, bizim çempionata gələn, çempionatımızı düşünən oyunçular çox olacaq.
- 7 illik ənənəvi Çempionlar Liqasından sonra Konfrans Liqasında iştirakın psixoloji təsiri varmı?
- Mütləq təsiri var. Amma biz Çempionlar Liqasına vəsiqə qazanmaq üçün də neçə il mübarizə apardıq. Klub olaraq get-gedə böyüyürük. İstədiyimiz nəticələr həmişə olmur. Məsuliyyətlə turnirə başlamışıq və Konfrans Liqasında yaxşı nəticələr qazanmaq istəyirik. Məncə, futbolçularda psixoloji təsir keçib. Artıq iki aya yaxın vaxt keçib. Hamımız Avropa turniri və azarkeşlər üçün darıxmışdıq. Qarşıdakı matçlarda yaxşı çıxış üçün daha çox çalışmalıyıq.
- Cavab görüşündə daha hücumameyilli oynamalı olacaqsınız. Bu riskə gedəcəksiniz?
- Belə getsə, 2 müdafiəçi ilə oynamalı olacağıq, hamını hücuma buraxacam (gülür). "Aşdod" kimi komandalar çox yaxşı müdafiə olunur, əks-hücum qurur və rəqibi təhlil edir. Biz heç vaxt futbolçularda müdafiədən oynamaq düşüncəsi yaratmamışıq. Topa sahib olmaqla, öz üslubumuzla rəqib qapısına yaxınlaşmağa çalışırıq. Abbas Hüseynov qapının 5 metrliyində idi, Tural Bayramov dirəyə yaxın oynayırdı. Bəzən ad olaraq deyirlər ki, iki hücumçu meydana buraxmaq lazımdır. Amma bu gün bizdə hər kəs bir tərəfdən hücumu gücləndirirdi. Rəqibə qalib gəlmək üçün ilk növbədə onun qarşısını almalıyıq. Bunu bəzən müdafiədə, bəzən hücumda edirik. "Aşdod" istəkli komandadır, ildən-ilə inkişaf edir. İntizamlı oyunu sayəsində çempionatlarında 3-cü yeri tutub. Qarşıda 5-6 günümüz var. Ramil, Zubir, Ozobiç daha yaxşı formada olacaq. Təbii ki, müdafiəni də yaddan çıxarmaq olmaz. Say olaraq meydanda 11 nəfərlə görünə bilərik. Amma hər oyunçunun öz bacarığı var. Məsələn, Qara o mövqedə Maksimdən gözlədiyimizi verməyə də bilər.
- Ramil Şeydayevin bugünkü çıxışı sizi qane etdi?
- Ramildən bu gün tam razı ola bilmərəm. 100 faiz hazır meydana çıxmamışdı. 3-4 gün fərdi məşq etdi, sonra yavaş-yavaş kollektivə qoşuldu. Bu gün istəsə də tam oyununu sərgiləyə bilməz. Həm çempionatı, həm limit məsələsini, həm heyəti düşünürük. Ramil ilk növbədə fiziki cəhətdən hazır olmalıdır. Bəzi məqamlarda zəif ola bilər. Amma işgüzarlığı ilə bunu aradan qaldıra bilir. Onda istək var. Onun yaxşı formaya düşməsi üçün əlimizdən gələni edəcəyik.
- Mussa əl-Tamari "Qarabağ"a gəlib?
- Xeyr, gəlməyib.
- Ötən mövsüm "Mölde" səddini penaltilər seriyasında keçə bilmədiniz. Bu dəfəki məşq proqramınızda penaltilərə hazırlaşacaqsınız?
- Məndə belə bir düşüncə var ki, futbolçuları 3-4 gün əvvəl penaltilərə hazırlamıram. Bu, oyunçularda psixoloji gərginlik yaradır. Amma mövsümboyu futbolçuları bilmədən buna hazırlayıram, hətta özüm də zərbə vururam. Özüm də bununla kimin nəyə qadir olduğunu bilirəm. (Qafqazinfo.az)
Xəbərin oxunma sayı : 739
İdman
Xəbərlər
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
TOP 10
ARXİV