“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Belə getsə, pandemiya daha da artacaq!“ - Professordan xəbərdarlıq

Tarix 25.05.20, 20:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda pandemiya ilə əlaqədar karantin rejimi yumşaldıqca koronavirusun daha da geniş yayılması müşahidə edilir. Bu əks tendensiya böyük narahatlıq yaradır və pandemiyanın asanlıqla aradan qalxmayacağını göstərir.

İndi hamını bir sual narahat edir: Karantin qaydalarının yumşaldılmasına rəğmən xəstəliyə yoluxanların artmasının səbəbi nədir?

AzFakt.com xəbər verir ki, tibb üzrə professor Adil Qeybulla moderator.az-a açıqlamasında bildirib ki, bunun başlıca səbəbi insanların virusdan qorunmaq üçün tələb edilən şərtlərə lazımınca əməl etməməsidir:

“Karantinin ilk mərhələsində  SMS icazəsi ilə çıxanda da insanlar gedib gəziblər, evlərdə ziyafətlər təşkil ediblər, həyətlərdə çay içmək, domino oynamaq, bax, bütün bunların nəticəsidir ki, indi artım müşahidə olunur.


 
Digər tərəfdən karantin qaydaları yumşaldıqdan sonra da insanlar iqnor edirlər, sanki heç belə bir təhlükə yoxdur. Hazırda küçədə baxsanız tək-tük masqalı adam görərsiniz. Proqnozlaşdrıma belədir ki, belə davam etsə bu say getdikcə artacaq.

Professorun sözlərinə görə bunun qarşısını almaq üçün karantin yumşaldılsa da qorunma şərtləri kəskinləşdirilməlidir:

“Hesab edirəm ki, Operativ Qərargah və digər strukturlar karantinin yumşaldılması dövründə də qaydaların qaldığını sərt şəkildə elan etməli idilər. Yəni bayıra çıxarkən masqa taxmaq, əlləri dezinfeksiya etmək və sosial məsafəni saxlamaq əsas şərt olaraq qalmalıdır. Bunu pandemiya qurtarana qədər etmək lazımdır”.




Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap