Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bəli, sizi axmaqlar sürüsü hesab edirəm” – Fazil Mustafadan sərrast cavab

Tarix 13.04.19, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


“Saytlarda əleyhimə yazılan yazıları da dərc edirəm ki, cəmiyyətimizdə xəstə düşüncənin necə tirajlandığı ilə yaxından tanış olasınız və bizim hansı zehniyyətlə mübarizə apardığımızı izləyəsiniz”. 

AzFakt.com xəbər verir ki, bunu millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa sosial şəbəkədə bildirib. O, Minval.az saytında Yana Madatova imzası ilə dərc olunan yazını paylaşaraq bildirib ki, müəllif yazının sonunda sual qoyub ki, Fazil Mustafa bizi "stada idiotov" yəni "axmaqlar sürüsü" kimi düşünür? Suala F. Mustafa konkret cavab verib: “Bəli, Yana Madatova, sizi də, sizin kimi düşünənləri də birbaşa axmaqlar sürüsü kimi düşünürəm. O axmaqlar ki, mənim fikrimi təhrif edərək elə başlıq çıxarırlar ki, mətnin məzmununa dəxli olmur. Bəli, sizlərin sürü instinktinizə qarşı yenə də o düşüncədəyəm ki, intihar hadisəsinə görə direktoru dərhal işdən uzaqlaşdırmaq doğru deyil”.

Millət vəkili hesab edir ki, bir direktor, bir müəllim, bir psixoloq iki mindən artıq məktəblinin davranışına tam nəzarət etmək iqtidarında deyil. Xüsusilə də intihar etmək istəyənin niyyətini bilmək elə də asan məsələ deyil: “Təbii ki, direktorun intihardan sonrakı davranışı nə etik, nə hüquq qaydalarına uyğun gəlir və məhz bu əməlinə görə məsuliyyət daşımalıdır. Təhsil Nazirliyinin də xidməti araşdırmadan sonra aldığı qərarı da doğru hesab edirəm. Bu hadisədən istifadə edərək məhz bu cür axmaqlar sürüsünün məktəbi, müəllimləri bütövlükdə hədəf götürməsini isə olduqca zərərli tendensiya hesab edirəm”.

F. Mustafa qeyd edib ki, intiharın səbəblərini istintaq orqanları müəyyən edəcək və burada da ailə ilə, çevrə ilə, cəmiyyətlə və ya məktəblə bağlı xeyli sürprizlər ortaya çıxa bilər: “Hadicə ilə bağlı insanların narahatçılığını anlayışla qarşılayıram, günahkarların cəzalandırılmasını da vacib hesab edirəm, lakin direktorun, sinif rəhbərinin, psixoloqun fotolarını paylaşaraq "onların sifətlərindən qatillik yağır", "sifətləri çirkindir" deyənləri də Yana Madatovanın da mənsub olduğu axmaqlar sürüsü adlandırıram. 

Bu adamların düşüncəsindən belə çıxır ki, məktəblərə bütün müəllimləri gözəllik müsabiqəsinin qalibləri sırasından seçmək lazımdır. Bu axmalar sürüsü elə edəcək ki, axırda müəllimlər uşaqlara qorxudan "dərsini niyə öyrənmirsən?" sualını da verməyəcəklər. Aşağı qiymət verməkdən də çəkinəcəklər. Axı hər neqativ sual və ya hərəkət uşağın qəlbinə dəyə bilər və baş verəcək hansısa hadisəyə görə müəllim günahkar sayılar”. 

Deputat tövsiyə edib ki, həmişə xoşa gəlsin deyə axmaqlar çoxluğunun nə düşündüyünə önəm verməyin, sağlam düşüncəli insanlar üçün fikirlərinizi paylaşın: “Bu gün bir tədbirdə də Bütöv Azərbaycan mövzusunda bəlkə də çoxlarından yaxşı bacaracağım bəlağətli, hamının alqışlayacağı şirin nağılvari çıxış etmədim, acı reallıqları sadladım ki, milləti yanlış illüziyalarla aldatmış olmayım. Adamları qeyri-real ərazi prinsipi ilə hədəflənən Bütöv Azərbaycana deyil, Bütöv azərbaycanlı olmağa çağırdım. Bunun şərtlərini açıqladım. Xalqı yenə də məcaralara sürükləməyə haqqımız yox, dedim. 

Nə mutlu və həm də nə yazıq ki, sağlam düşünənlər axmaqlar kimi sürü yarada bilmirlər, onlar ancaq uğurlu yalquzaq ola bilirlər”.



Xəbərin oxunma sayı : 1297




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap