Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Benzinin bahalaşması avtomobil satışını iflic edib –Avtosalonlardan açıqlama

Tarix 20.11.17, 22:27

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə benzinin qiyməti bahalaşandan sonra bəzi avtomobil salonlarında müştəri böhranı yaşanır.

Paytaxtda fəaliyyət göstərən avtomobil salonlarından FED.az-a verilən məlumata görə, alıcıların azalması idxala da təsir edir.

Benzin bahalaşandan müştərilərimiz azalıb – “Porshe” Bakı mərkəzi

Bu avtomobil markasının Bakıdakı mərkəzinin satış meneceri Adil Əliyev sayta açıqlamasında bildirib ki, “Porshe”nin təklif olunan bütün modellərinin mühərrik həcmi yüksəkdir və Aİ 98 – Aİ 95 markalı benzinin istifadəsi üçün nəzərdə tutulub.

Satış meneceri deyir ki, benzinin qiyməti bahalaşandan sonra mühərrik həcmi böyük olan avtomobillərin alıcıları azalıb: “Benzin bahalaşandan sonra müştərilər bizə müraciət edib soruşurlar ki, “Mühərrik həcmi böyük olan avtomobillərə Aİ 92 markalı benzin vurmaq olarmı?”. Təbii ki, bunu bilməyənlər Aİ 92 markalı benzindən istifadə edib maşınlarını xarab edəcəklər. Benzinin qiyməti ilə bağlı olaraq müştərilərimizin azalması bir müddət də davam edə bilər və bu da bizim avtmobil idxalımıza təsirsiz ötüşməyəcək”.

Satış meneceri onu da dedi ki, benzinin qiymətinin bahalaşması və alıcı sayının azalmasına baxmayaraq təklif etdikləri avtomobillərin qiymətlərində dəyişiklik etməyiblər.

Benzinin qiymətindən sonra mühərrik həcmi böyük olan avtomobillərlə bağlı müraciətlər azalıb – “Toyota” Bakı mərkəzi

“Toyota”nın Bakı ofisindən dedilər ki, onlarda Aİ 98 markalı benzin ilə çalışan avtomobillər yoxdur. 2017-ci il istehsalı olan RAV 4, Land Cruiser, Camry modelləri isə Aİ 95 markalı benzin ilə işləyir.

Bakı mərkəzinin satış məsləhətçisi Tural Məmmədov bildirdi ki, avtomobilləri müştərilərin sifarişi əsasında gətirirlər. Benzinin qiymətinin bahalaşmasından sonra burada müştəri azalması hələ ki, müşahidə olunmur. Amma bildirdilər ki, məhz bu səbəblə mühərrik həcmi daha kiçik olan avtomobillərin alışı üçün müraciətlər arta bilər. Mərkəz tərəfindən ehtimal olunur ki, bu benzinin qiymət artımı mühərrik həcmi böyük olan avtomobillərin sifarişinə də təsir edəcək.

Müştərilərin azalması ehtimal olunur – “KIA Motors” Azərbaycan

“KIA”nın Bakı mərkəzindən də dedilər ki, Avro 4-ün dəstəklədiyi avtomobil modelləri, yəni Rio, Serato, Optima, Cadenze Aİ 95 markalı benzin ilə işləyir. Mərkəzin satış meneceri Gündüz Məhərrəmli bildirdi ki, “KIA”nın Bakı nümayəndəliyində Aİ 98 mərkalı benzin ilə işləyən avtomobil modelləri satılmır.

Satış menecerinin sözlərinə görə, avtomobil idxalına daha çox dollar və gömrük qiymətləri təsir etsə də, benzinin bahalaşmasının satışa mənfi təsir edəcəyi ehtimal olunur.

Onsuz da satışlar aşağıdır – “Volkswagen” Bakı mərkəzi

Bu avtomobil markasının Bakı ofisindən saytımıza bildirdilər ki, burada satılan bütün modellər Aİ 95 markalı benzinlə işləyir, Aİ 98 markalı benzinlə çalışan avtomobil modelləri yoxdur. Mərkəzin satış meneceri Fikrət Məmmədov dedi ki, onsuz da satışlar aşağıdır. Benzin qiymətinin bahalaşmasının müştəri sayına təsirini zaman göstərəcək.

Dollar və benzinin bahalaşması satışımıza mənfi təsir edib – “Hyundai” Azərbaycan

Bu avtomobil markasının Bakı ofisinin satış meneceri Güntəkin Mədətova saytımıza bildirdi ki, təklif etdikləri bütün avtomobil modelləri Aİ 95 markalı benzin ilə çalışır və Aİ 98 markalı benzin ilə çalışan modelləri ümumiyyətlə yoxdur. Onun sözlərinə görə, təqdim etdikləri avtomobil modellərindən qənaət keyfiyyətinə görə ən üstün olanı Elantradır, daha çox yanacaq sərf edən model isə Grand Santafedir.

Satış meneceri deyir ki, benzinin bahalaşması alıcıların azalmasına hələlik o qədər də təsir etməsə də, gələcəkdə ehtimal olunur. Onsuz da dolların bahalaşması avtomobil alıcılığına kifayət qədər mənfi təsir göstərib: “Dollar bahalaşmamışdan əvvəl satışımız çox yaxşı idi. Benzinin bahalaşması da alıcıların azalmasına mənfi təsir göstərəcək”.

Böyük avtomobillərə az sayda müraciət olunur – Okean Avtosalon

Bu avtosalonun satış müdiri Əlişir Hacıyev deyir ki, 2014/15-ci il istehsalı olan avtomobillər( KIA Optima, yeni Santafe,) Aİ 95, 2010/11/12-ci il istehsalı olanlar isə(Hyundai Elantra) Aİ 92 markalı benzin ilə işləyir. 2017-ci il istehsalı olan avtomobillər(Lexus 5,7) Aİ 98 markalı benzin ilə çalışır.

Avtosalonun satış müdiri fəsilə görə benzin dəyişməklə bağlı məsələyə də aydınlıq gətirərək dedi ki, bu, benzinə aid deyil. Fəsil ilə əlaqədar olaraq əsasən dizel və yağda dəyişiklik olunur.

Salondan bildirdilər ki, benzinin qiymətində qeydə alınan son bahalaşma satışlara təsir etməyib.



Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap