Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bəsdirin, cavan qızların həyatını söndürdünüz” - Pərvin Abıyeva

Tarix 24.03.21, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


“Kişilərə həyatımızda o qədər böyük rol, dəyər veririk ki, gün keçdikcə özlərini sahibimiz sanırlar”.

AzFakt.com "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə yazıb.

Sənətçi sevgilisi tərəfindən öldürülən 2002-ci il təvəllüdlü Pərvin Musayevanın görüntüsünü yayımlayıb. Abıyeva eyni zamanda ötən gün qızına zəhərli iynə vuraraq öldürən ata ilə bağlı bunları qeyd edib:

“Feminist deyiləm, amma bu qətilləri gördükcə, onlara haqq qazandırmağa başlayıram. Nə yazıq! Qadınları feminizmə siz kişilər sürükləyirsiniz.

Öz övladına zəhərli iynə vurub öldürmək nə deməkdir? Allah bizə dil, şüur, beyin verib ki, danışaq, bir-birimizi anlayaq. Tanrının bəxş etdiyi bu nemətlərdən istifadə etməyib, özündən əmələ gələni belə ucuz şəkildə öldürəcəksənsə, ən yüngül cəzan edam olmalıdır. Bəsdirin, cavan-cavan qızların həyatını söndürdünüz. Səhvi olsa, belə onu yanlışdan döndərmək üçün bir çox üsul var. Ölüm çıxış yolu deyil”.

Xatırladaq ki, Bakıda 62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova dünyasını dəyişib.



Xəbərin oxunma sayı : 922




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap