| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
“Bəsdirin millətin əsərlərini korladınız...” - Milli Məclisdə gərgin müzakirələr
Tarix 06.08.20, 10:33 |
|
Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. İclası parlamentin sədri Sahibə Qafarova açıq elan etdikdən sonra Dövlət Himni səsləndirildi.
Spiker iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhədində - Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Millət vəkilləri Vətən uğrunda canlarından keçən 12 igid şəhidimizin ruhunu ehtiramla yad etdilər.
Daha sonra sədr Sahibə Qafarova 4 avqustda vəfat edən millət vəkili, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun həyat yoluna qısa nəzər saldı. Onun tanınmış ictimai-siyasi və dövlət xadimi, Respublika Ağsaqqallar Şurasının Sədri kimi fəaliyyətindən, dövlət siyasətinin dəstəklənməsi və təbliği sahəsində gördüyü işlərdən söz açdı. Spikerin çıxışından sonra parlament ehtiram əlaməti olaraq Fəttah Heydərovun xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Qeyd edək ki, hörmət əlaməti olaraq F.Heydərovun qara haşiyəyə alınmış iri portreti Milli Məclisin foyesində qoyulmuşdu.
Gündəliyin təsdiqindən sonra məsələlərin müzakirəsinə başlanıldı. Sahibə Qafarova bildirdi ki, iclasın gündəliyinə daxil edilən ilk 3 məsələ 2020-ci il dövlət büdcəsinə və büdcə sisteminə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlıdır və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə" sənədi birinci oxunuşda təqdim etdi. Komitə sədri qeyd etdi ki, yeni növ koronavirus infeksiyasının dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olmuşdur. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Komitə sədri bildirdi ki, sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. Gəlir və xərclər arasında tarazlığı təmin etmək məqsədi ilə büdcə qaydasının 2022-ci il yanvarın 1-dək dayandırılması qərara alınıb.

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov büdcə layihəsinə təklif edilən dəyişikliklər və azalmaların həcmi barədə geniş məlumat verdi. Bildirildi ki, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir.
Pandemiyanın təsirlərinə baxmayaraq dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Yaranan profisit 58 milyon proqnozlaşdırılırdı, amma 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib. 6 ay ərzində dövlət büdcəsinin xərcləri 11 milyard 731 milyon manat icra olunub. Xərclərin icrasında hər hansı geriləmə olmayıb. Nazir ÜDM-in azalmasının 5 faizdən az olmayacağını proqnozlaşdırdıqlarını bildirdi. Qeyd olundu ki, iqtisadiyyatın əksər sektorlarında geriləmələr müşahidə olunur.
İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır. 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur. Nazir bildirdi ki, Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülür.
S.Şərifov çıxışında pandemiyanın yaratdığı bu həssas dövrü Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın arxada qoyacağına və yenidən inamla öz inkişaf yoluna davam edəcəyinə əminliyini ifadə etdi.
Deputat Bəxtiyar Əliyev mövcud durumda, reallığı nəzərə almaq şərtilə təhsillə bağlı müvafiq addımların atılmasını zəruri saydı.
Deputat Erkin Qədirli da təhsillə bağlı fikirlərini açıqladı. “2021-22-ci il tədris ili üçün ali məktəblərdə vətəndaşların təhsil haqlarının yarıbayarı azaldılmasını təklif edirəm. Bu, həm də vətəndaşların xahişidir”-deputat bildirdi. E.Qədirli qeyd etdi ki, dünyada 1 milyard uşaq keyfiyyətli təhsildən kənarda qalıb.
E.Qədirli ətraflı məruzəsi üçün maliyyə naziri Samir Şərifova təşəkkür etdi.

“Pandemiyanın yaratdığı şərtlə, elədir ki, mütləq çevik qərarlar verilməlidir. Hökumət də zərurət yarandığı üçün parlament müzakirələrinin aparılması ilə bağlı təşəbbüslə çıxış edib ki, bu da təqdir olunmalıdır”. Bu fikirləri isə deputat Fazil Mustafa söylədi.
Əlavə etdi ki, dövlət pandemiyanın qarşısını almaq üçün çox böyük işlər görür. Ardınca deputat bildirdi ki, ilk növbədə müdafiə xərclərinin artırılmasına diqqət yetirməliyik, ikincisi də vətəndaşın, sahibkarın durumuna fikir verməliyik. “Bu gün Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acılanacaqlıdır. Vətəndaşa verilən 190 manat çox az məbləğ olsa da, zəruri bir yol idi, cəmiyyət də bunu anlayışla qarşıladı. 600 min əhaliyə 284 milyon verə bildik. Amma indi evinə qapatdığımız vətəndaşa vəd vermirik ki, sənə nə verəcəyik?”
Deputat Əli Məsimli sahibkarlara dövlət dəstəyinin verilməsini təklif etdi. Bildirdi ki, iqtisadiyyat əsasən, özəl sektorun üzərində qurulub, amma real durumda bu sahə də kifayət qədər ziyan çəkib. Əksər sahibkarlıq subyektləri ya çöküb, ya da ciddi ziyana düşüb. Qısa müddətdən sonra sahibkarlara dəstək verilməsə, əks təqdirdə hətta 1 milyardlıq dəstək verilsə də, onları ayağa qaldırmaq mümkün olmayacaq. Bu isə son nəticədə dövlət büdcəsinin gəlirlərinin azaldılmasına gətirib çıxaracaq. Xeyli sahibkar işçilərinə 3 aydır maaş verə bilmir. Amma çoxsaylı insanlar işsizlər ordusuna qoşulub".
Ə.Məsimli 190 manatlıq yardımın verilməsini də zəruri saydı. Təklif etdi ki, dəstək proqramları davam etdirilməklə yanaşı, başladılan islahatlar da davam etdirilməlidir.
Deputat Aydın Mirzəzadə maliyyə naziri Samir Şərifova xitabən dedi ki, bir sıra vətəndaşlar 190 manatlıq yardımı hansısa səbəblərdən ala bilməyib. Odur ki, deputat bu məsələlərə daha həssas yanaşılmasını xahiş etdi. Dedi ki, ola bilər 600 min yox, 800 min, yaxud 1 milyon insana 190 manatlıq dəstək verilsin, çünki dövlət xalqın yanındadır.
“Dövlət büdcəsi bu yükü sona qədər çəkə bilməz, əks təqdirdə bunun fəsadları ola bilər, prezidentin rəhbərliyi ilə başlanmış və davam edən islahatlara kölgə düşər. Ona görə də karantin qaydalarına əməl etməklə, insanlara, sahibkarlara işləmək imkanı yaradılmalıdır”.Bu fikirləri deputat Musa Qasımlı söylədi.
Bildirdi ki, büdcədən ayrılan hər qəpiyə qənaət edilməlidir: “Soruşulmalıdır, bir körpü hansı fantastik məbləğə tikilir, kimlər orda israf edir?”.
M.Qasımlı son vaxtlar Azərbaycan ordusuna, polisinə, dövlət təhlükəsizlik xidmətinə, bu qurumların rəhbərliyinə xaricdən çamur atılmasını da təsadüfi saymadı.
Deputat “əvvəlki illərdə təyin edilmiş, lakin dövlət tərbiyəsi olmayan bəzi şəxslərin idarə, şöbə və bölmə rəisi vəzifələrində işləmələrini ziyanlı hesab edirəm”-söylədi.

Deputat Fəzail Ağamalı da dedi ki, müvafiq addımların atılması həm dövlətin yükünü azalda, eyni zamanda, psixoloji gərginliyi aradan qaldıra bilər. F.Ağamalı dedi ki, karantin qaydalarına əməl etməklə ayrı-ayrı müəssisələrin fəaliyyətinə imkan yaradılmalıdır və ilk növbədə tikinti sektorunda işlərin bərpasına ehtiyac var. Həmçinin tikinti materiallarını istehsal edən müəssisələrdə də işlərin bərpası yaxşı olar. Deputat ardınca dedi ki, iri ticarət mərkəzlərinin də açılması zərurəti var.
Milli Məclisin komitə sədri Siyavuş Novruzov isə dedi ki, bu gün hər kəs dövlətin yanında olmalıdır, onlara tərif deyənlərin yanında yox: “Hələ bilmirik ki, bu vəziyyət nə qədər davam edəcək. Ona görə də hökumətin qənaətini anlayışla qarşılamalıyıq”. S.Novruzov 190 manatlıq yardımın daha çox insana verilməsi ilə bağlı təşəbbüslərə də reaksiya verdi: “Əvvəl 200 min nəfərə verilməsi nəzərdə tutulurdu, prezidentin tapşırığı ilə 600 min nəfərədək artırıldı”.
“Büdcəyə edilən dəyişikliklər yaxşı. İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var”.
Deputat Razi Nurullayev bu fikirləri hökumətə müraciətlə söylədi. Bildirdi ki, yanlış sərt karantin rejimi ölkəni məhv edir: “100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir. Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb deməklə iş bitmir. Bir azdan iş adamları da 190 manat istəyəcək, qoy bu sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin. TƏBİB, o cümlədən Operativ Qrupun bəzi nümayəndələri bizi xoxanla qorxudur. O boyda Amerika sərt karantin etmir, Almaniya, Fransa açılıb, Finlandiya adi həyatını yaşayır. TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu nə təfəkkür, bu nə ritorikadır? Camaatı, üzr istəyirəm, axmaq yerinə qoyublar?”
R.Nurullayev bildirdi ki, Operativ Qərargah və TƏBİB-i dinləyəndə Kventin Tarantinonun qorxu filmlərinə şükür edir: “Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, vallah! Büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməlidir və o hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa, hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver”.
“Parlament bilavasitə korrupsiya komissiyasında iştirak edir. Ümumi fikir söyləməyə ehtiyac yoxdur”. S. Novruzov bunu R.Nurullayevin səsləndirdiyi ittihamlara cavabında dedi. O bildirdi ki, kim korrupsiya ilə məşğuldursa, adı deyilsin: “Üçüncüsü, korrupsiyaya qarşı ciddi mübarizə gedir. Elə Razi Nurullayevin seçildiyi rayonun icra başçısı korrupsiya üstündə tutuldu. Azərbaycanda bu məsələ ilə bağlı ciddi işlər görülür”.
“Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev geniş çıxış etdi. Nazir bildirdi ki, bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub. “2020-ci ilin ilk yarısında nəzarət tədbirləri nəticəsində 54,8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib”-nazir bildirdi.
Deputat Sabir Rüstəmxanlı çıxış edərkən dedi ki, təqdim olunan qanun layihələri xalqın maraqlarının nəzərə alınması baxımından təqdir olunmalıdır: “Amma biz daha çox sənədlərin necə yerinə yetirilməsi ilə maraqlanmalıyıq. Mən hər dəfə deputat seçildiyim rayondan 5-6 məktub alıram, yazırlar ki, 3, ya 4 uşağım var, dövlətdən heç bir yardım almıram. Odur ki, əhalinin ehtiyacı olan insanların dəqiq qeydiyyatı aparılmalıdır. Təqdim olunan sənədlərdə bürokratik əngəllər aradan qaldırılır, mütərəqqi, işin xeyrinə olan addımlar atılıb. Amma yenə də əhalinin müəyyən qismi diqqətdən kənarda qalacaq. Yerlərdəki idarələrdə çalışanların ümumi səviyyəsindən çox şey asılıdır. Təklif edirəm ki, işsiz insanların dəqiq qeydiyyatı aparılsın”. S.Rüstəmxanlı iclasda Tovuz döyüşlərindən sonra əhalinin küçələrə çıxması ilə bağlı səslənən fikirlərə də münasibət bildirdi: “O insanlar ordunu və dövlətə dəstək üçün çıxmışdılar”...
Amma çıxış üçün ayrılan vaxt bitdiyi üçün fikrini tamamlaya bilmədi.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim etdi. Bildirildi ki, Məcəllənin dispoziyasına (540-cı maddə) təklif olunan dəyişiklik “Məşğulluq haqqında” qanuna dəyişikliklə üzvi surətdə bağlıdır. Ailə, kəndli, fermer təsərrüfatlarının üzvləri barədə məlumatların elektron kənd təsərrüfatı sistemində yerləşdirilməsi, onların uçotunun aparılması, bələdiyyələr üçün əlavə informasiya sisteminin yaradılması sahəsində pozuntuların inzibati məsuliyyət yaradan halları ilə bağlıdır.(musavat.com)
Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.
Milli Məclisin növbəti iclası avqustun 6-da keçiriləcək.
Xəbərin oxunma sayı : 5692
Siyasət
Xəbərlər
-
Temperatur 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Sürücülər ən çox hansı sığorta şirkətindən şikayət edirlər? - SIYAHI
-
ABŞ ekvadorlu cinayətkar haqqında məlumat üçün beş milyon dollar ödəyəcək - FOTO
-
“Hədəfimiz Cənubi Qafqazda sülhün möhkəmləndirilməsidir“ - Ermənistan Prezidenti
-
Şahin Şıxlınskiyə yekun ittiham elan olunub - İşi aparan və ifadə verənlər ermənilərdir
-
Azərbaycanda 2.8 tondan çox qızıl istehsal edilib - STASTİKA
-
“Körpü Bina Tikinti” MMC Dərnəgüldə bu ağacları məhv etdi - FOTO
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
Messi Hindistanda 21 metrlik heykəlinin açılışında iştirak edəcək - FOTO
-
Nikah, boşanma, ölüm və doğuş sayı - 10 ayın statistikası
-
DTX əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar - FOTO/VİDEO
-
Töhmət alan Rafael Hüseynov istefa verir? - AÇIQLAMA
-
Leysan olacaq, qar yağacaq - Sabahın havası
-
Azərbaycan əhalisinin gəlirləri 8 % artıb - RƏSMİ
-
Mehdiyevlərin bankı ən çox şikayət olunandır - Siyahı açıqlandı
-
Britaniya kral ailəsində qalmaqal: Şahzadə Uilyamın əmisi ondan qisas almağa çalışır?
-
“Azərişıq“ Xocavənd rayonunun elektrik şəbəkəsini yeniləyir - VİDEO
-
Mehdiyevlə bağlı daha bir qərar verildi - Həbibbəyli açıqladı
-
Sumqayıtda məktəbin qarşısında acınacaqlı vəziyyət: Yol keçilməz olub
-
DİN-in şəxsi heyəti Ulu Öndərin xatirəsini yad etdi - VİDEO
-
ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər - “Reuters“
-
Yanğın baş verən binanın sakinlərinə kompensasiya verilib? - VİDEO
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
-
Vüqar Qurbanov direktor müavinini işdən çıxardı - Yeni təyinat
-
“ABŞ İrana yenidən zərbələr endirə bilər“ - Donald Tramp
-
İncəsənət Gimnaziyasından şikayət - “Musiqini onlayn keçmək olar?“
-
Saat 10:00-dan iri rayonlarda qaz olmayacaq - Xətdə sızma
-
DTX Heydər Əliyevin anım günü ilə əlaqədar video paylaşdı - VİDEO
-
“İsrail bu məsələdə təkbaşına söz sahibi deyil“ - Fidan
-
Səbailin bitmək bilməyən yol problemi: Sakinlərin şikayətinə niyə baxılmır?
-
Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
-
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
-
Deputat Əli Abbasovun mandatı ləğv edildi - Vətəndaşların şikayətinə görə
-
“Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm“ - Bakıda maraqlı hadisə
-
Su Ehtiyatları Agentliyi bu şirkətə 75 milyon manat ödəyəcək - TƏFƏRRÜAT
-
Bakıda 14 yaşlı qız ana oldu - DİN araşdırma aparır
-
Azərbaycan millisinin sabiq futbolçusuna “stop“ qoyuldu - 7,8 min borca görə...
-
Gələn ilin qeyri-iş günləri açıqlandı - SİYAHI
-
Paytaxtın bu ərazilərində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
BP-də rəis olmaq istədi, dələduzluqla üzləşdi - 30 min manatlıq fırıldaq
-
Xəstəliyə görə bağlanan Bərdə heyvan bazarı açılır - VİDEO
-
Amerikalı general Qəzza təhlükəsizlik qüvvələrinə rəhbərlik edəcək - “Axios“
-
Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi
-
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib - Siyahı
-
Xəzərdə köməksiz qalan balıqçılar xilas edildi - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“ABŞ - Ukrayna danışıqlar məhsuldar keçib” - Zelenski əsas planı açıqladı
-
Sərhəddən PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - Fotolar
-
İradə Xəlilova məhkəməyə gəlmədi - Qızının qızıllarını ələ keçirənə hökm oxundu
-
Putin və Ərdoğan danışıqlar aparacaqlar - Aşqabadda
-
Sabah bu küçə və prospektlər bağlanacaq - XƏBƏRDARLIQ
-
İtkin balıqçıların axtarışına helikopter cəlb olundu - VİDEO
-
Macarıstan prezidenti Ceyhun Bayramovu qəbul etdi - Fotolar
-
Beyləqanda ağacəkmə aksiyası keçirildi - Fotolar
-
Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam
-
Maskın təqdim etdiyi robotlar insandır? - VİDEO
-
Gömrük Komitəsində əməliyyat - General oğlu və bir neçə nəfər həbs edildi
-
“Azərişıq“ Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir - VİDEO
-
Polad Həşimovun şəkli olan 3 minlik əsginas saxtadır - RƏSMİ
-
Masazırda məktəbin qarşısında lük problemi: “Neçə nəfər ora düşüb, ağzını bağlamırlar“
-
Tramp “Qızıl Viza“ satışına başladı - 1 milyon verən viza ala biləcək
-
Xətai klinikası həkimlərin maaşını yenə vermədi - Maliyyə özbaşınalığı
-
Prezident Türkmənistandakı tədbirə getməyəcək - Berdiməhəmmədova səbəbini açıqladı
-
Bakıda “porsche“ ilə avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
-
Şirkət rəhbəri qumar oyunlarının təşkilində ittiham olunur - Cinayət işi açıldı
-
Goranboyda sahibkar kənd təsərrüfatı təyinatı torpaqda qanunsuz iaşə obyekti tikir - Fotolar
-
Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi - Dron hücumuna görə
-
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” - General məhkəməyə gəldi
-
Avropa liderləri Zelenski ilə birlikdə həftəsonu mənimlə görüşmək istəyirlər - Tramp
-
Bakıda səkiyə çirkab suyu axır - İyrənc vəziyyət yaranıb
-
Yer kürəsində güclü maqnit qasırğası başlayıb: Alimlərdən bədbin proqnoz
-
Çirkli və sınıq avtobuslar: Bakıda sərnişin daşınmasında ciddi problem
-
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı - Global Media Group-un rəhbərinin adı Əhmədzadə işində…
-
Azərbaycana gətirilən bu avtomobillər bahalaşa bilər - VİDEO
-
Seçkilər haqqında bu qədər çox danışırlarsa, cavab verməliyik - Zelenski
-
Dostluqda sədaqət limitsiz, toplantılarda reqlament çərçivəlidir - Rafael Hüseynov
-
“Ayaks“la oyunda futbolçulardan razı qaldım“ - Qurban Qurbanov
-
“Kolumbiya prezidenti narkotrafikə qarşı mübarizədə növbəti hədəf ola bilər“ - Tramp
-
Nəsimidə bina sakinləri şikayətçidirlər - Zirzəmidə fəaliyyət göstərən zərgərə görə
-
Ayan mikrofonu atdı: Eltonun sözləri studiyanı qarışdırdı
-
Çempionlar Liqası: “Qarabağ“ doğma meydanda “Ayaks“a uduzdu
-
Yağış kənd və qəsəbələrində subasmaya səbəb oldu - VIDEO
-
Azərbaycanda kart məlumatlarının tez-tez oğurlanmasına səbəblər nədir? - VİDEO
-
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində cinayət işi açılıb - Mənimsəmə faktı üzrə
-
Trampın Avropa ilə “yeni soyuq müharibəsi” başlayır - Axios
-
Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi
-
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda - Fotolar
-
Azərbaycanda ev telefonlarının sayında nə qədər azalma qeydə alınıb? - Statistika
-
Gəncədə sakinlər çıxılmaz vəziyyətdə - “Kanalizasiya daşır, yaşaya bilmirik“
-
İlham Əliyev Donald Trampa məktub göndərib: “Münaqişələrin həllinə davamlı sadiqliyiniz...“
-
Sabir Rüstəmxanlı və Rafael Hüseynov qarşıdurması: Məsələ VHP-nin müzakrəsində...
-
Bakıda gecə səs-küy yaradan obyektlərlə bağlı tədbir görüldü - VİDEO
-
Prezidentin rektor təyin etdiyi Rövşən İsmayılov kimdir? - Dosye
-
Hikmət Hacıyev Mixail Qaluzinlə görüşüb - Müzakirə
-
Məcnun Məmmədov Ksaba Leyko ilə görüşdü - Fotolar
-
Gələn il növbəti “Yüksəliş“ müsabiqəsi keçiriləcək - SƏRƏNCAM
-
“Azərsun Holdinq“in südü kimyəvi maddələrdən hazırlanırmış - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Bakıda hər 44 nəfərə bir mağaza düşür - Son 5 ildə 2,3 dəfə artıb
-
Prezident Şahin Əliyevi işdən çıxardı - Yeni rektor təyin etdi
-
Məzuniyyətlə bağlı nələr dəyişir? - Şöbə müdiri açıqlayır
-
SOCAR-la “MVM ONEnergy“ arasında yeni saziş imzalandı - Qazla bağlı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Xəzər türk dünyasını bölməyəcək, əksinə birləşdirəcək” - Bayraktar
-
İcra başçısı 3 vətəndaşa qarşı məhkəmə davası açdı - Torpaq zəbti, ödənməyən arpa pulu...
-
Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - SİYAHI
-
Anasının kartındakı pulları oğurlayıb arvadına göndərdi - Foto
-
Əli Kərimlinin vəsatəti təmin olunmadı - Məhkəmədən qərar
-
Demokratlar Mayamidəki seçkidə qalib gəldi - 30 ildə ilk dəfə...
-
Şəxs işdən hansı hallarda çıxarıla bilər? - Dəyişikliklər gözlənilir
-
Marketlərdə dovşan əti satılır - Halaldır, yoxsa haram?
-
Trampın Ukrayna ilə bağlı açıqlamaları Rusiyanın mövqeyi ilə çox uyğundur - KREML
-
Orta aylıq əməkhaqqı yenə azaldı - Bu dəfə 1 manat 40 qəpik
-
Xaricdə cinayət törədən kriminal qruplaşma üzvləri saxlanıldı - DTX-dan xüsusi əməliyyat
-
ABŞ NATO-dan çıxır? - Qanun layihəsi təqdim edildi
-
“Mehdiyevin ən pis xüsusiyyəti...” - Prezidentin fotoqrafı maraqlı faktlar açıqladı
-
“Distant işlə bağlı yeniliklər gözlənilir“ - Nazir müavini
-
İlham Əliyev Britaniyanın ticarət elçisini qəbul etdi - FOTOLAR
TOP 10
ARXİV






