Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Beynəlxalq aləmdə biz özümüzü haqlı hesab edirik“

Tarix 29.05.17, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanda demokratik inkişaf modeli kiminsə xoşuna gəlmək üçün seçilməyib. Beynəlxalq aləmdə kimin buna necə qiymət verməsindən asılı olmayaraq, biz öz yolumuzla gedirik və özümüzü haqlı hesab edirik".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Xəzər" televiziyasına müsahibəsində deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan azad internet məkanına daxil olan dövlətdir: "Avropanın ən inkişaf etmiş dövlətlərindəki informasiya, siyasi və vətəndaş cəmiyyəti mühitini Azərbaycandakı mühitlə müqayisə edin, onda bütün məsələlər aydın görünəcək. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi kiminsə icazəsini almadan, müvafiq qanunvericiliyə uyğun təsis olunub, fəaliyyət göstərirlər. Azərbaycan kosmik dövlətlər sırasına qatılaraq, iki süni peykini buraxıb. Azərbaycanın informasiya texnologiyaları nəinki bölgənin, post-sovet məkanın, dünyanın ən yaxşı nümunələrindən birini yarada bilib".

Ə.Həsənov vurğulayıb ki, hökumət vətəndaş cəmiyyətinin, əhalinin bütün təşəbbüslərini dəstəkləyir: "Bu sahədə geniş meydan açılıb, üç mindən artıq qeyri-hökumət təşkilatı həm də dövlətin yardımı ilə fəaliyyət göstərir. Dövlət qeyri-hökumət təşkilatlarına özünün tərəfdaşı kimi baxır, demokratik cəmiyyət quruculuğu prosesi onlarla birlikdə həyata keçirilir. Azərbaycanda 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Bu partiyaların hər biri hakimiyyət uğrunda sivil mübarizədə iştirak etmək imkanlarına malikdirlər. Bütün bunların fonunda "Azərbaycanda demokratiya boğulur", "Azərbaycanda insan hüquqları sahəsində problemlər var" tipli fikirlər söyləmək fiksiyadır. Bu, Azərbaycana təzyiq göstərmək üçün əlavə bir vasitədir, bunun başqa əsası yoxdur. Azərbaycan öz yolu ilə gedir, bu yol Azərbaycan xalqının maraqlarına cavab verir, xalq da yürüdülən siyasəti dəstəkləyir. Bizim üçün də əsas təməl prinsipi budur".



Xəbərin oxunma sayı : 436




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap