Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Beynəlxalq Bankın özəlləşdirilməsi müəyyən hazırlıq işləri tələb edir”- Maliyyə naziri

Tarix 11.04.18, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi, bankın balansında olan toksik aktivlərdən təmizlənməsi prosesi artıq başa çatdırılıb”.

“APA-Economics”in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, bu prosesin başa çatdırılması ABB-nin özəlləşdirilməsi məsələsinin aktuallaşmasına imkan verir.

S.Şərifov bildirib ki, ABB-nin özəlləşdirilməsi prosesinin keçirilməsi müəyyən hazırlıq işləri tələb edir. “Yəni, bankın maliyyə vəziyyəti artıq tam sabitdir. Bank 2017-ci ilin yekunlarına dair auditdən keçmiş maliyyə hesabatlarını dərc etdirəcək. Bu da onu göstərəcək ki, bank artıq gəlirli bir banka, instituta çevrilib. Beləliklə, özəlləşdirilmə ilə bağlı hazırlıq işlərinə start verilə bilər. Bu, vaxt aparan bir prosesdir. Çünki, bunun üçün müxtəlif variantlardan biri seçilməlidir və müvafiq dövlət orqanları, ilk növbədə özəlləşdirmə ilə məşğul olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, bankın rəhbərliyi və digər dövlət qurumları bu məsələ ilə məşğul olacaqlar”, – deyə S.Şərifov vurğulayıb.

Özəlləşdirilmə zamanı ABB-nin törəmə müəssisəsi “Azərikard” MMC-nin taleyinə gəlincə, nazir qeyd edib ki, bu qurum fəaliyyətini davam etdirəcək.



Xəbərin oxunma sayı : 334




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap