Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir“ - Belçika Parlamentinin deputatı

Tarix 29.09.20, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu Belçika Parlamentinin Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Tim Vandenput ilə videokonfrans formatında görüş keçirib.

Bu barədə APA-ya Azərbaycan-Belçika Dostluq Qrupunun rəhbəri, deputat Kamal Cəfərov məlumat verib. O bildirib ki, qrupun üzvləri deputatlar Nigar Arpadarai və Vüqar Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü barədə geniş məlumat veriblər.

Belçika Parlamentinin deputatı Tim Vandeput Ermənistanın cəbhə xəttində təxribatları nəticəsində həyatını itirən şəxslərə görə dərin hüznlə başsağlığı verib və bildirib ki, hazırda baş verənlər çox aydındır: “Möhkəm olun, inanın ki, siz tarixin doğru tərəfindəsiniz və beynəlxalq hüquq çərçivəsindəsiz”.

Tim Vandenput həmçinin bildirib ki, Belçika da BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu görüş və verilən geniş məlumatı Belçikanın xairici işlər nazirinə çatdıracaq.



Xəbərin oxunma sayı : 535




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap