Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Beynəxlalq təşkilatlar qəbul etdikləri qətnamələrin yerinə yetirilməsinə nail olmalıdırlar” - Azay Quliyev

Tarix 06.06.19, 17:45

Font ölçüsü : - / +
bitmap-img6


“Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və tövsiyələrin tam yerinə yetirilməsi məsələsi həmin təşkilatların gündəliyində olmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev Tbilisidə keçirilən “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, beynəxalq təşkilatlar demokratik islahatlarla bağlı bir sıra qətnamə və tövsiyələr qəbul edir: “Lakin bu, kifayət deyil. Həmin qətnamə və tövsiyələrin yerinə yetirilməsi məsələsinə diqqət yetirilməlidir. Bu məsələ beynəlxalq təşkilatların gündəliyində olmalıdır”.

A.Quliyev həmçinin Azərbaycan parlamentinin fəaliyyətinə vətəndaş cəmiyyətinin cəlb olunması mexanizmi barədə də danışıb. 

ATƏT PA-nın vitse-prezidenti deyib ki, Milli Məclisdə bununla bağlı qanun qəbul olunub: 

“Parlament və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq olduqca əhəmiyyətlidir. Bununla bağlı Azərbaycan ən yaxşı nümunədir. Azərbaycan parlamentinin bu sahədəki təcrübəsi digər ölkələrin qanunverici orqanları üçün də maraqlı və faydalı ola bilər”.



Xəbərin oxunma sayı : 202




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap