Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

"Bir gün Şuşada, Cıdır düzündə bir araya gələcəyik" - Mübariz Mənsimov

Tarix 17.05.19, 11:07

Font ölçüsü : - / +
bitmap-img6


“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov azərbaycanlı tələbələr üçün iftar süfrəsi təşkil edib.

AzFakt.com xəbər verir ki, ötən gün tələbələrlə bir arada olan iş adamı sosial şəbəkədə yazıb:

“Könüllərin mərhəmətlə dolduğu, ən sərt ürəklərin belə iman atəşi ilə isindiyi, sevgi və sayğının simvolu olan Ramazan ayındayıq. 11 ayın sultanı olan bu ayda bütün dualar gül ətri ilə bəzənir. Biz də könülləri bir araya gətirdik. 

Hər il olduğu kimi “Palmali” Türkiyənin dörd bir yanından tələbələrimizi iftarda birləşdirdi. Azərbaycan qoxulu daha bir iftar süfrəsində dualar edildi, dostluqlar təzələndi. Birlik, bərabərliyimiz və həmrəyliyimizi bütün dünyaya göstərmək üçün ən gözəl nümunədir iftar süfrələri. Kimsənin kimsədən üstün olmadığı, Allaha inanc, insanlara sevgi ilə yanaşılan bu ayda Azərbaycanla birlikdə olmaq, azərbaycanlıları qucaqlayıb, bağrımıza basmaq çox qürurvericidir. 

Biz bir olduqdan sonra heç bir qüvvə qarşımızda duruş gətirə bilməz. İnanırıq ki, məhz bu gənclərimizlə bir gün Şuşada, Cıdır düzündə bir araya gələcək, üç rəngli, ay-ulduzlu bayrağımızın altında iftar süfrəsində bir araya gələcəyik. O gün uzaqda deyil. Allah bütün ibadətlərinizi qəbul etsin!”.








Xəbərin oxunma sayı : 304




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap