Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bir neçə gün sonra çevriliş olacaq...“ - “Hətta prezidentin ofisini tutmaq planı var...”

Tarix 15.08.20, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Ali Radasının deputatı ölkədə bir neçə gün sonra dövlət çevrilişinin baş verəcəyini anons edib.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, “Müxalifət platforması-Həyat naminə” partiyasından deputat İlya Kiva çevrilişin avqustun 24-də, Müstəqillik günündə baş verəcəyini deyib. Onun sözlərinə görə, keçmiş prezident Pyotr Poroşenko millətçilərin köməyi ilə Kiyevə yürüş təşkil edib hakimiyyəti ələ keçirmək istəyir.

“Poroşenko bir neçə inzibati binanın, ola bilsin hətta prezidentin ofisinin zəbt edilməsinə, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə çalışır”,-o deyib.

Deputat iddia edib ki, Poroşenkonun inqilab komandasına milli təhlükəsizlik və müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov, “Sağ sektor” millətçi təşkilatının eks rəhbəri Dmitri Yaroş daxildir. Onun sözlərinə görə, millətçi yaraqlılara bir neçə milyon dollar ayrılıb və “Azov” könüllü batalyonunun üzvlərinə dövlət binalarını ələ keçirmək tapşırılıb.

“Poroşenko başa düşür ki, cəzadan yayınmağın və taladığı sərvətin qorunmasının yegan yolu dövlət çevrilişi həyata keçirməkdir”,-deputat deyib.



Xəbərin oxunma sayı : 3196




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap