Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bir oğlan bir qız olanda asan olur, nəinki iki xanım” – Nigar Camal – VİDEO

Tarix 08.02.17, 19:46

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiya şou-biznesini heç sevmirəm...”

“ARB Ulduz”un “Şou məkan” proqramının növbəti qonağı “Avroviziya” yarışamsının qalibi, məşhur müğənni Nigar Camal olub.

Müğənni, yaradıcılığı ilə bağlı yeniliklərini və eksklüziv açıqlamalarını “Şou məkan” mikrofonuna danışaraq, çəkildiyi son klipdə başını bağlaması ilə bağlı da bəzi məqamları etiraf edib:

“Əslində klipdəki obrazım Kamilənin ideyası idi. O belə çəkmək istəyirdi. Mən istəmirdim. Düşünürdüm ki, yaxşı alınmaz. Bu, mənim stilim deyildi. Sadəcə yenilik üçün bunu etdik. Hətta klipi çəkəndə də mən razı deyildim”.

Nigar, yatıb səhər durub mahnı oxuyan ifaçıların uğur qazanmasından qorxmadığını da dilə gətirib:

Yox. Deyirlər ki, ildə iki mahnı çıxarsam, bu mahnılar tutar. Ancaq hardan bilirsən ki, bu mahnı tutacaq, ya yox. Düşünürsən ki, mahnı keçə bilməz. Ancaq birdən partladır”.

Bir müddət Röya ilə ilə duet oxuyacaqları xəbəri yayılan “Avroviziya” ulduzumuz, bu mövzuya da aydınlıq gətirib:

“Problem bilirsiz nədədir? Yaxşı duet üçün mahnı tapmaq çətindir. Bir oğlan bir qız olanda duet daha asan olur, nəinki iki xanım. Duet maraqlı olacaq. Bunun üçün də yaxşı mahnı lazımdır”.

Müğənni, Dima Bilanla duet oxuyub klip çəkdirməsinə baxmayaraq, ümumiyyətlə, Rusiya şou-biznesində özünü görmədiyini bildirib:

“Mən Rusiya şou-biznesini heç sevmirəm. Bilmirəm niyə, heç xoşum gəlmir. Orda sovet ab-havası hökm sürür. Rusiyada tanınmış bir müğənni olmaq çox çətindir. Həm də bu çox zaman ala bilər”.

Sonda Nigar, ailəsindən söz açıb:

“Mənim ana həyatım İngiltərədədir. Orda olanda mən sadəcə qızlarıma baxıram. Məni başqa heç nə maraqlandırmır. Ancaq sözsüz ki, işlə də məşğul olmalıyam. Ona görə də, iş üçün Bakıya gəlib gedirəm. “Avroviziya” vaxtı 3-5 yaşlarındaydılar. İndi isə 10-11 yaşlarındadırlar. Artıq böyük qızdılar. Qız uşağı anaya daha çox dəstək olur”.








Xəbərin oxunma sayı : 151




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap