Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bir səhv mənə baha başa gəldi“ - Mahir Emreli

Tarix 16.11.20, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


“Rəqibin potensialına bələdik. Ağır oyun olacağını bilirik. Qrupun son oyunudur. Azərbaycana qalib kimi dönmək istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik".

"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Mahir Emreli səfərdə Lüksemburqla keçirəcəkləri UEFA Millətlər Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.

23 yaşlı hücumçu bu rəqiblə Bakıdakı qarşılaşmada qırmızı vərəqə alaraq komandasını azlıqda qoyduğunu xatırladıb. Emrelinin fikrincə, bu, hər bir futbolçunun başına gələ biləcək hadisədir: "Bir səhv etdim və bu, mənə baha başa gəldi. Qisas barədə düşünmürəm. Bakıdakı oyunda məğlub olmamalı idik. Azlıqda qalmağımıza baxmayaraq qol vurmuşduq. Həmin oyunun psixoloji təsirini üzərimizdən atmasaq, bizə çətin olar. Mən artıq o anı unutmuşam".

İstedadlı forvard yığmanın az qol vurması ilə bağlı da fikirlərini bölüşüb: "Hər oyunda fərqlənmək imkanımız olub, ancaq istifadə edə bilməmişik. Bunu təcrübəsizlik və ya şanssızlıqla əlaqələndirməzdim. Elə oyun olur ki, ələ düşən fürsətdən maksimum istifadə edirsən, elə oyun olur alınmır”.

Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.



Xəbərin oxunma sayı : 859




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap