Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Biz üç dəfə döyüşmüşük, bəsdir” - Qaribaşvili

Tarix 05.12.22, 15:20

Font ölçüsü : - / +
bitmap-img6


İkinci cəbhənin Gürcüstana gətirilməsi ilə bağlı bir çox səylərə baxmayaraq bizim məntiqli siyasətimiz sayəsində bütün bunların qarşısı alınıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib. O, müxalifətin ölkədə ikinci cəbhə açmağa çalışdığını vurğulayıb:

“Onlar müxalifətdədirlər və müharibə başlayandan Gürcüstanda ikinci cəbhənin açılmasına çalışırlar. Onlar indi hakimiyyətdə olsaydılar, ölkəni döyüş meydanına çevirərdilər. Onlar öz iradələri və qərarları ilə ölkəmizin 20 faizini - Kodori Vadisini itiriblər və bizim qəhrəman əsgərlərimiz bu müharibənin və onların məntiqsiz addımlarının qurbanı olub”.

Qaribaşvili qeyd edib ki, hazırda həm Ukraynada, həm də dünyada mürəkkəb vəziyyət mövcuddur:

“Mən hər kəsə xatırlatmaq istərdim ki, ABŞ Prezidenti, Avropa ölkələrinin liderləri vətəndaşlarını açıq şəkildə döyüşlərdə iştirak etməməyə çağırırlar və öz həmrəyliklərini digər yollarla ifadə etməyə çalışırlar. Bizim əsas öhdəliyimiz ölkədə firavanlığın təminatı olan sülh və sabitliyi saxlamaqdır. Biz müstəqilliyimizi bərpa etdikdən sonra üç dəfə müharibədə olmuşuq, bəsdir”.

Baş nazir artıq Ukraynadakı döyüşlərdə 33 gürcünün həlak olduğunu, bunun Gürcüstan üçün böyük itki olduğunu bildirib və onların yaxınlarına başsağlığı verib.



Xəbərin oxunma sayı : 694




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap