Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

“Biz Azərbaycan rəhbərliyindən sülh sazişinə hazır olmaları barədə bəyanatlar eşitmişik” - Dmitri Peskov

Tarix 20.11.23, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan rəhbərliyi bir mərhələnin bitib, sülh sazişinə hazırlığın vacibliyi barədə bəyanatlar verir".

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi Bakının guya “Qərbi Azərbaycan” konsepsiyasını həyata keçirməsi ilə bağlı bəyanatını şərh etməyib.

Dmitri Peskov rəsmi Bakının başqa bəyanatlar verdiyinin şahidi olduğunu deyib: “Mən Azərbaycan tərəfinin dövlət səviyyəsində belə bəyanatlarını görməmişəm. Əksinə, Azərbaycan rəhbərliyi bir mərhələnin bitib, sülh sazişinə hazırlığın vacibliyi barədə bəyanatlar verir”.

Qeyd edək ki, Nikol Paşinyan bəyan edib ki, guya Azərbaycanın addımları Ermənistana qarşı yeni döyüşlərə hazırlaşdığını göstərir. Onun sözlərinə görə, Azərbaycanda guya rəsmi səviyədə Ermənistan Respublikasını Qərbi Azərbaycan adlandırmağa başlayıblar.



Xəbərin oxunma sayı : 988




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap