Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Biz daha Azərbaycan Maliyyə Nazirliyinə inanmırıq” - “Moody`s” vitse-prezidenti

Tarix 25.05.17, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Beynəlxalq Bankının xilası üçün ölkənin qızıl-valyuta ehtiyatlarından xərcləmək lazım gələcək. Azərbaycan hakimiyyətinin bankla bağlı taktikasını dəyişməsinin səbəbi də budur. Virtualaz.org xəbər verir ki, bunu Moody’s beynəlxalq reytinq agentliyinin vitse-prezidenti, MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Paklinin sözlərinə görə, Azərbaycan hökumətinin problemli bankla bağlı taktikanı dəyişməsi, Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyasına qərar verilməsi və kreditorlara borcların 20 faizinin silinməsi təklifinin təqdim olunması onlar üçün sürpriz olub.
Moody’s rəsmisi deyib ki, o artıq Azərbaycan Maliyyə Nazirliyinin Beynəlxalq Bankın borclarına dair hesablamalarına inanmır. “Mən Azərbaycan Beynəlxalq Bankına və Maliyyə Nazirliyinə daha inanmıram. Problem bizim fikirləşdiyimizdən daha dərin ola bilər. Bankın sağlamlaşdırılması prosesi dövlət büdcəsinə zərər vuracaq və xarici layihələrin maliyyələşdiirlməsinə əngəl yaradacaq”-Paklin bildirib.

194441_src

Analitik hesab edir ki, Beynəlxalq Bankın borclarının restrukturizasiyası planı hökumətin maliyyə sektorundakı problemlərin miqyasını düzgün qiymətləndirmədiyini göstərir.
“Hərçənd Azərbaycanın bank sektorunun ölçüsü elə də böyük deyil, ÜDM-in yarısından bir az çoxdur. Buna baxmayaraq bizim qiymətləndirmələrimizə görə Azərbaycan 2015-2016-cı illərdə bank sektorunun dəstəklənməsinə, əsasən Beynəlxalq Banka ÜDM-in 18 faizini yönəldib”-Paklin deyib.
Analitik qeyd edib ki, Beynəlxalq Bankın borcları da nəzərə alınanda Azərbaycanın xarici borcu ÜDM-in 40 faizinə çatacaq. Bu isə o qədər də böyük deyil və Azərbaycan onun öhdəsindən gələ bilər.






Xəbərin oxunma sayı : 448




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap