Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Biz istəmirik insanları evə qapadaq, amma...“- “Biz buna çox davam edə bilməyəcəyik“

Tarix 08.08.20, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


“Çox sayda insanın kütləvi şəkildə bir yerə yığışması yoluxmaları artırır”. 

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu gün sanki insanların mövcud təhlükəni dərk etmədiyinə dair bir hiss yaranır:“Hələ kafelər, restoranlar, bütün mağazalar açılmayıb. Amma çox sayda insanın kütləvi şəkildə karantin qaydalarına əməl etmədən küçələrə axışmasını müşahidə edirik. Biz buna çox davam edə bilməyəcəyik. Burada artıq hökuməti günahlandırmaq olmaz. Biz istəmirik insanları evə qapadaq. Amma qaydalara əməl edilməsə, yoluxmaların sayı kütləvi artacaq. Ona görə hamıdan xahiş edirəm ki, mümkün qədər kütləvi yığışmalardan çəkinək, məsafə saxlayaq, maska taxaq”.

Şahmar Mövsümov jurnalistlərin suallarına cavab olaraq deyib ki, nəqliyyatda sıxlıq var. Metro artıq 1 aydan çoxdur ki, bağlıdır. Bu da avtobuslarda sıxlığa səbəb olur”.

Ş. Mövsümov bildirib ki, buna görə böyük həcmdə işlər görülür: “Artıq bir dənə də avtobusun qarajda qalmaması məqsəd kimi qarşıya qoyulub.

İkincisi, yollara nəzarət tədbirləri görülür. Burada əhaliyə çağırışımız var. Günün ikinci yarısında bu sıxlıqlar daha çox olur. Əgər insanlar harasa tələsmirsə, evdən çıxma vaxtını elə planlaşdırsınlar ki, pik saatlara düşməsin. 

Bu bizə həddən çox kömək edər. Bununla həm vətəndaş özü rahat olacaq, həm də virusun yoluxmasının qarşısını almağa kömək edəcək. Avtobuslarının sayını artırmaqla isə virusun qarşısını almaq mümkün olmayacaq”.

Şahmar Mövsümov onu da qeyd edib ki, virusa yoluxma sürətini azaltmaq üçün əsas şərt karantin qaydalarına əməl etməkdir.

O bildirib ki, karantin qaydalarına əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq:“Cəmiyyətdə bəzi insanlar yumşalmaları cəmiyyətdə qələbə, virusa yoluxmanın başa çatması kimi qələmə verir. Hətta artıq dünyada karantin rejiminin olmadığını iddia edənlər var. Bu çox yanlışdır. Həmin insanlara internetdə kiçik araşdırma aparmağı tövsiyə edirəm. Bütün dünyada virusa qarşı mübarizə aparılır. Bu virus hələ də bizim aramızdadır. Azərbaycan Prezidenti də o gün keçirdiyi iclasda hamımızın karantindən yorulduğunu dedi. Amma biz bu qaydalara riayət etməklə bugünkü statistikaya nail ola bilmişik. Ona görə də hamımız qaydalara riayət etməliyik”.



Xəbərin oxunma sayı : 2023




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap