Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Biz qazandığımız yerləri YAP-dan qoparacağıq...” – REAL-la bağlı daha bir qalmaqal

Tarix 09.01.20, 18:27

Font ölçüsü : - / +
bitmap-img6


Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov çətin duruma düşüb. 

AzFakt.com xəbər verir ki, İlqar Məmmədovun növbədənkənar parlament seçkilərilə ilə bağlı verdiyi bəyanatlar indi onun öz əleyhinə işləməyə başlayıb.

İlqar Məmmədov istənilən halda seçkilərə qatılmağın tərəfdarı kimi çıxış edirdi. Əks mövqedə olan müxalifət qüvvələrini isə az qala hakimiyyətlə işbirliyində suçlayırdı. REAL sədri bildirirdi ki, boykot taktikasına üstün verənlər mövcud hakimiyyətin maraqlarına xidmət edirlər. 

“Seçkiləri daim saxtalaşdıran YAP da, boykot etməyə sizi yönəldən siyasətçilər də eyni nəticəyə xidmət.

Həmin o nəticə Azərbaycan ərazilərini işğal eləyən qüvvələrin məqsədlərinə də tam uyğundur, çünki separatçılığın əsaslandırılması işini asanlaşdırır” – deyə İlqar Məmmədov bəyan eləmişdi.

O həmçinin bildirmişdi ki, seçkiləri boykot etməkdənsə, prosesə qatılmaq, siyasi fəallığın yaranmasına nail olmaq, saxtakarlıq olacağı təqdirdə buna qarşı ciddi müqavimət göstərmək lazımdır.

İlqar Məmmədovun mövqeyini bölüşməyənlər onun seçkilərə buraxılmamasını artıq saxtakarlığın başlanğıcı hesab edirlər. Hər halda İlqar Məmmədov özü də seçkiyə buraxılmamasını qanunsuzluq sayır. Bundan başqa, REAL-ın iki önəmli siması- Rəsul Cəfrovla Zaur Qurbanlı da seçkiyə buraxılmayıb. İndi İlqar Məmmədovun əleyhdarları ondan ciddi müqavimət tələb edirlər. Bir neçə gündür ki, sosial şəbəkələrdə boykot tərəfdarları İlqar Məmmədov verdiyi vədə əməl edərək saxtakarlığa etiraz olaraq meydanlara səsləyir.

İlqar Məmmədov hələ ki, bu çağırışları cavablandırmayıb.

REAL-ın icra katibi Natiq Cəfərli isə İlqar Məmmədovun seçkiyə buraxılmaması faktından onları bu prosesdə iştirakın tərəfdarı olduqlarına görə hakimiyyətə xidmət etməkdə suçlayanlara qarşı əks arqument kimi istifadə edib.

“REAL satılıb", "lqar Məmmədova mandat söz veriblər" - aylardır bu tip yalanlarla, qarayaxmalarla meydan sulayan "tikantikənlər", içiboş "bəyciklər", "xoşbəxtçiklər" baş-beynimizi aparırdılar. Hakimiyyət İlqar Məmmədovu və REAL-ın daha iki önəmli şəxsini - Rəsul Cəfərovu və Zaur Qurbanlını seçkilərə buraxmadı. "Atadan, Oğuldan və Müqqəddəs Sistemdən" dəfələrlə danışıb mandat alanlar, əqidəsini dəfələrlə satanlar aylardır öz tarixi davranış qaydalarına və xislətlərinə əsaslanaraq elə bilirdilər ki, hamı onlar kimidir. Biz soyuqda, bayram günlərində qapı-qapı gəzərək insanları seçkiyə səslədik, onminlərlə vətəndaşla görüşdük, REAL Cümhuriyyətçilər İttifaqı üzvləri olaraq minlərlə imza topladıq, seçkiyə qatılan digər partiyalar və müstəqil şəxslər də eyni işi gördü - ümumi siyasi akyivliyin artması üçün işlədik, amma Avropada oturan "müxaliflərdən" tutun da, Bakıda isti evindən başını çölə çıxartmayanların hədəfinə gəldik.

Biz əzmliyik, qazandığımız yerləri YAP-dan qoparacağıq, bunun üçün mücadilə verəcəyik, amma yenə də o marqinallaşmış kəsimin təənələri, təhqirləri ilə üzləşəcəyik - olsun, zatən tarix və xalq hər hadisəyə doğru qiymət verir-verəcək...”, -deyə o vurğulayıb.



Xəbərin oxunma sayı : 331




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap