Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bizə elə bir şəxsin qalibiyyəti gərəkdir ki…” – Prezidentliyə namizəd

Tarix 11.04.18, 16:04

Font ölçüsü : - / +
bitmap-img6


“Bugünkü tarix Azərbaycan dövlətinin həyatında önəmli gündür. Xalqımızın bu gündən gözləntiləri var”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında prezidentliyə namizəd Zahid Oruc deyib.

O bildirib ki, ilk növbədə vətəndaş inamı, cəmiyyət təşəbbüskarlığı və məmur məsuliyyəti əsas məsələ olmalıdır: “Seçkilərin yekunlarından çıxan nəticə bu olmalıdır. Çünki insanların gözləntiləri var. Azərbaycan dövləti ötən illər ərzində böyük yol keçib. Hamımızın imkanı var ki, bu dövrü düzgün dəyərləndirək”.

“Elə bir yekun olsun ki, heç kəs özünü çıxdaş edilmiş saymasın. Bu nöqteyi-nəzərdən yanaşsaq, bizə elə bir şəxsin qalibiyyəti gərəkdir ki, milli birliyi təmin etsin, dövlətimizin həyatında davam edən inkişafın davamlılığını təmin etsin, siyasi qüvvələr arasında olan düşmənçilik, eləcə də qarşılıqlı ittihamlar aradan qalxsın. Eyni zamanda, dünyada mürəkkəb situasiyaların Azərbaycana təsiri minimuma ensin. Əminəm ki, belə də olacaq və bunun üçün əsaslarımız var”.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir.



Xəbərin oxunma sayı : 307




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap