Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bizi öz ölkəmizdə təhqir edirlər” - Çingiz Abdullayev

Tarix 11.09.17, 2:37

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyəti və Yazıçılar Birliyi arasında “26” adlı kafe ətrafında münaqişə davam edir. Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev Feysbuk sosial şəbəkəsindəki səhifəsində növbəti dəfə Bakının icra başçısı Hacıbala Abutalıbova müraciət edib.Düzdür, yazıçı sonra bu postu silib, ancaq virtualaz.org-un redaksiyasında onun skrinşotu-ekran görüntüsü var.

“Əziz dostlar! Budur, hər şey aydınlaşdı! Bütün hər şeyi Hacıbala müəllim özü aydınlaşdırdı. Demə, o bu kafeyə ona görə şəxsən gəlib ki, ora tam ədəbsizlik yuvası imiş. O izah edib ki, bu binada Səməd Vurğun, Rəsul Rza, Hüseyn Cavid, Mikail Muşviq, Suleyman Rüstəm və başqaları kimi titanlar işləyiblər. Buna görə, Yazıçılar Birliyinə hörmət edərək, o burada belə obyektin işləməsinə normal yanaşa bilməyib. Üstəlik, girişdə də “Qadınlara qəlyanı pulsuz verirlər” yazılıbmış. İyrənclikdir! Və o belə “vertep”i şəxsən qapamağa qərar verib. Amma bir çey anlaşılmazdır. Əgər bu “vertep”dirsə, onda “iyirmi altı” rəqəminə hansı hörmət? Və əgər bu daşnakların təbliğatıdırsa, onda niyə “vertepe”də?”, – deyə Çingiz Abdullayev yazıb.

Yazıçı merə yalnız bu kafenin sahiblərini yox, həm də həyatında nə vaxtsa ora baş çəkənlərin hamısını cəzalandırmağı təklif edib.

“Amma bütün hallarda açıqlamalarına görə təşəkkür! Və mənim tanışlarımla söhbətdə, Hacıbala müəllim hiddətlənib ki, o mebelləri şəxsən qırmayıb. Bunun üçün öz üzrxahlığımı bildirirəm. O həqiqətən də şəxsən heç nə qırmayıb! Anar müəllim qeyd etdi ki, biz hamımız merimizə hörmət edirik! Və bizə kömək etməyə qərar verdiyi üçün ona təşəkkür edirik! Amma sadəcə öz əməkdaşını göndərmək və bu şit əxlaqsızlıq mənbəyini bağlamaq olmazdı? Və ya hörmət əlaməti olaraq bizdən kiməsə zəng vurmaq? Mənim təklifim var! Əlbəttə, kafeni bağlamaq lazımdır. Ancaq ora ilə əlaqəsi olanların hamısını – sahiblərini, əməkdaşlarını və hətta müştərilərini də ömürlük cəzalandırmaq lazımdır. Belə daha düzgün olacaq!”, – deyə yazıçı qeyd edib.

Sonda Çingiz Abdullayev Hacıbala Abutalıbovu hamının qarşısında, həmin obyekti icarəyə verənləri “daşnakların himayəçisi” adlandırdığına görə, üzr istəməyə çağırıb.

“Yazıçılar Birliyi atası və qardaşı şəhid olan maliyyə direktoru ilə müqavilə bağlayıb! Düşünürəm, hamı başa düşər ki, belə bir insan daşnakların himayəçisi ola bilməz! Və ya kafeni, öldürülmüş komissarların şərəfinə adlandırmaq. Bütün bu baş verənlər məni şəxsən çox məyus edir! Ondan çox pis qoxu gəlir! Və bir xahiş. Mən güman edirəm ki, bizim hörmətli merimiz də, həmçinin üzr istəməlidir! İcarədarları “daşnakların himayəçiləri” adlandırmaq, öz xalqını təhqir etməkdir! Hazırda ölkədə yaşayan yeddi xalq yazıçısı və şairinin dördü Birliyin rəhbərliyindədir. Bu insanlar öz həyatları və yaradıcılıqları ilə sübut ediblər ki, onlar öz ölkələrində belə təhqirlərə məruz qalmamaq hüququ qazanıblar”, – mesajda qeyd olunub.



Xəbərin oxunma sayı : 652




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap