Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bizi tənqid edənlər dırnaqarası peşəkarlardır” – Elxan Məmmədov

Tarix 22.11.19, 21:14

Font ölçüsü : - / +
bitmap-img6


“AFFA-dan narazılıqlar aydındır. Bir qrup insanlardan - adi azarkeşlərdən narazılıq gəlir. Əvvəlki illərdə mən də sıravi azarkeş kimi nəticə tələb edirdim. Lakin düzgün tənqid edən, düzgün yazan peşəkar jurnalistlər var. Peşəkar veteranların, keçmiş futbolçuların da narazılıqlarını anlayırıq, sağlam tənqidi qəbul edirik”.

Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Azərbaycan dövlət radiosunun qonağı olan E.Məmmədov qeyd edib ki, AFFA rəhbərliyi milli komandaların uğur qazanması üçün hər bir şərait yaradır: “AFFA rəhbərliyi, şöbə müdirləri futbol oynamır. Bunu demişik, deməyə də davam etdirəcəyik. AFFA rəhbərliyi bu gün milli komandalar üçün şərait yaratmalıdır. Biz də bunu yaradırıq. Maliyyə ilə təmin edirik, infrastruktur yaradılıb. Liqalar təşkil olunub. 600 komanda, hər həftə 7 minə yaxın uşaq müxtəlif liqalarda, müxtəlif bölgələrdə mübarizə aparırlar. Bu turnirlər təkcə təşkil olunmur, bəzilərinə həm də maliyyə yardımı göstərilir. Bütün bunları AFFA-nın strategiyasına uyğun həyata keçirik”.

O qeyd edib ki, AFFA-nın fəaliyyətinin fəaliyyəti bəzi insanlara mane olur: “Tənqidlər, hətta təhqirlər də var. Bunu kimlər yaradır? Dırnaqarası jurnalistlər, dırnaqarası peşəkarlar. Futbolun yanında olan bəzi insanlar. Mən, AFFA rəhbərliyi, bəzi əməkdaşlarımız kimlərinə qane etmir. Çünki bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur. Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm. Bu, gülməli iddiadır”.

Elxan Məmmədov vurğulayıb ki, millidəki hər bir məşqçi heyətə ən yaxşı futbolçuları dəvət edir: “Meydançada futbolçular oynayır, onlar da klublardan gəlirlər. Hər bir baş məşqçi ən yaxşıları seçir. Baş məşqçi seçimini subyektiv deyil, obyektiv təhlil aparıb, seçir. Həmin məşqçini isə AFFA İcraiyyə Komitəsi seçir. 2008-ci ildə Berti Foqts dəvət olundu. 9 xal qazandı, tənqid olunurdu ki 9 xal azdı.  Prosineçki 10 xal qazandı, yenə də tənqid olundu. Millətlər Liqası öncəsi hər birimiz böyük məmnuniyyətlə millini Qurban Qurbanova tapşırdıq. Qurbanov Azərbaycanda ən uğurlu məşqçidir. Düşündük ki, millidə də nəticə qazanacaq. Təbii ki, eyni zamanda, həm millini, həm də “Qarabağ”ı çalışdırmaq çətin idi. Məqsəd Millət Liqasında qalib olmaq idi. Təəssüf ki, bu, alınmadı və yenidən tənqidlər başladı”.

O deyib ki,“AFFA rəhbərliyi də milli komandamızın seçmə mərhələdəki çıxışından razı deyil: “Bizim də suallarımız çoxdur. İcraiyyə Komitəsində bütün məsələlər müzakirə olunacaq”.

E.Məmmədov baş məşqçi ilə yanaşı, bəzi futbolçularla da müzakirə aparılacağını bildirib: “Baş məşqçi ilə yanaşı, bəzi futbolçulara da suallarımız olacaq. Bəzi futbolçularımız bacarıqlarının 100 faizini meydanda göstərmirlər. Demirəm bilərəkdən oynamırlar, bəlkə hansısa yorğunluq, yaxud psixoloji təzyiq var. Həmin futbolçularla söhbətimiz olacaq. Amma təbii ki suallarımızın əsası baş məşqçiyə yönələcək. Milli ölkənin əsas komandasıdır. İldə maksimum yığmanın iştirakı ilə cəmi 5 oyun olur. Futbolçular gücünün 100 faizini meydanda qoymalıdırlar” (futbolxeber.az).



Xəbərin oxunma sayı : 469




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap