Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bizim 5 milyonumuz yoxdur” – Qurban Qurbanov

Tarix 09.04.18, 5:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan milli komandasının və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın “Zirə” – “Qəbələ” matçının fasiləsi zamanı jurnalistlərə müsahibə verib

- "Zirə" və "Qəbələ" arasında görüşü canlı izləyirsiniz. İlk hissəsi başa çatan matç haqda fikirlərini necədir?

- Hələlik ilk hissə başa çatıb, oyunçulara baxırıq. Düzdü, bir oyuna görə fikir bildirmək olmaz. Amma hər bir futbolçunun oyununu analiz edirik, statistik göstəriciləri götürürük. Ümumilikdə bir neçə oyundan sonra futbolçuların durumuna baxırıq. Ona görə bir oyuna yox, bundan sonrakı matçları izlədikdən sonra sonuncu toplanışda olmayan futbolçuların oyununu analiz edəcəyik.

- İlk hissənin gedişində Aqil Məmmədov zədələnən Bezotosnıni əvəzlədi. Sanki Aqilin artıq çəkisi var.

- Mənim də fikrimdən yayınmadı.

- Ruslan Qurbanov milli komandada hücumda, “Qəbələ”də isə cinah müdafiəçisi mövqeyində oynayır. Özünü necə göstərir?

- Bu, ilk deyil. “Keşlə” ilə oyunda sağ cinah hücumçusu kimi oynayırdı. Yəqin baş məşqçisi belə qərar qəbul edib. Məni sevindirən o amildi ki, futbolçular istənilən mövqedə oynamağı bacarırlar.

- Toplanışlarda “Zirə”nin heyətindən oyunçular görmürük. Bu dəqiqə gözaltı etdiyiniz xüsusi futbolçu varmı?

- Biz təkcə bu oyunu yox, digər oyunları da izləyirik. Əvvəl də fikirlərimi bildirmişdim ki, hər toplantılarda fərqli-fərqli adlar olması mümkündür. Belə deyək, futbolçunun hazırlıq səviyyəsi həmin vaxt digərlərindən yaxşı ola bilər. Dəvət almayan futbolçular da diqqətimizdədirlər. Bütün futbolçuları nəzarət altında saxlamağa çalışırıq.

- Elvin Yunuszadəni növbəti dəfə bağışladınız. Bu qərarı onu milliyə qazandırmaq üçün qəbul etdiniz?

- Elvin elə insandı ki, ondan 3 yox, 13 dəfə də belə səhvlər gözləmək olar. Belə hallarda həmişə öz oynadığım vaxtları göz qabağına gətirmişəm. Oynadığım vaxtlar məşqçilər bəzi hərəkətlərimə göz yumublar. Futbolda bu hallar olur. Amma cəzalanmaq mütləqdi. Bir neçə günlük, bir aylıq cəza vermək olar. Hər bir halda, bu, futbolçunun peşəsidi və istənilən kollektivdə belə hallara rast gəlmək olar. Ailədə də belədi, uşaqlardan biri ərköyün olur. Bəzi hallarda hirslənirsən, hətta bağışlayırsan. Əsas odur ki, futbolçu səhvini başa düşüb. Mən dəfələrlə bildirmişəm ki, futbolçu öz işini sevməlidi. Əks halda, nəticə qazanmaq olmaz. Elvinlə söhbətimiz oldu, bağışlamağa qərar verdim.

- Rüfət Dadaşov açıqlamasında bildirib ki, Azərbaycan millisinə dəvət almaq üçün peşəkar komandanı seçdim. Onu növbəti toplanışlarda millinin düşərgəsində görə bilərik?

- Özünüz də gözəl bilrisiniz ki, meydanda 11 futbolçu olur və hər toplanışa 30-40 futbolçu dəvət edə bilmərik. Amma onu deyə bilərəm ki, bütün futbolçular nəzarətimiz altındadı. Sadəcə, zamanla milliyə dəvət olunacaqlar. Rüfətin fikri sevindiricidi. Nəzarətimizdədi, kimin potensialı yaxşı olsa, şans verəcəyik.

- Rüfətin qardaşı Renat intizamsız hərəkətlərinə görə "Ayntraxt"dan qovulub. Bu barədə nə deyə bilərsiniz?

- Bu futbolçu barədə çox danışmağa ehtiyac yoxdu. Çünki görürsünüz ki, hələ ki, bizim sıralarımızda deyil. Qovulmasına gəlincə, insandı, səhvlər edə bilər. Yəqin ki, Renat hələ də gənclik dövrünü yaşayır. Renat millimizin üzvü olub, əsas komandada olub. Mənim üçün vacib olan futbolçunun peşəkarlığı, işinə yanaşmasıdı.

- Milli üzvlərinin 90 faizindən çoxu daxili çempionatda çıxış edir. Premyer Liqada da temp, demək olar ki, yoxdu. Bu amil seçim zamanı işinizi çətinləşdirmir?

- Biz nə seçim varsa, onu edirik. Çalışırıq daha yaxşılarını cəlb edək. Bəzən səhvlərimiz ola bilər, nədəsə yanıla bilərik. Oyunçu meydanda və həyatda fərqli davrana bilər. Tempə gəldikdə, sürəti mütləq artırmalıyıq. Amma yanvardan bəri sürət, mübarizə, oyun nizam-intizamı baxımından bütün komandaların oyunlarında yaxşılığa doğru dəyişiklik görürəm. Bu hal məni bir az sevindirir. Ancaq çox azdı.

- Pedro Enrike üçün PAOK-un 5 milyon avro tələb etdiyi bildirilir...

- 5 milyonumuz yoxdu (gülür). Əlbəttə ki, PAOK bu qədər məbləğ tələb etsə, söhbət bağlanacaq. Hazırda fikrimiz çempionatdadı. Vaxtı gələndə bu barədə danışacağıq.

- Milli komandalarda sistem formalaşmaqdadı. Bəs təsisləşmə baxımından vəziyyət nə yerdədi? Yaxın zamanda planda ayrı ofisə köçmək, yeni sosial şəbəkə açmaq varmı?

- Ofislə bağlı işlər gedir. Tam hazır olmalıdı. Bu, bir günün içində olan şey deyil, müəyyən vaxt lazımdı. Aylar keçdikcə bunları hissə-hissə həyata keçirməyimiz müsbət hal olacaq. Çalışırıq rəhbərliklə bir yerdə yaxşı iş ortaya çıxaraq.

futbolpress.az



Xəbərin oxunma sayı : 589




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap