Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bizim gözümüzdə Mursi şəhiddir” - Ərdoğan

Tarix 18.06.19, 14:16

Font ölçüsü : - / +
bitmap-img6


“Məhəmməd Mursinin ölüm xəbərini avtomobildən enərkən eşitdim. Mursi məhkəmə salonunda şəhid olub. Misirli qardaşımıza, şəhidimizə Allahdan rəhmət diləyirəm. Onunla eyni yolla irəliləyən qardaşlarımızın, Misir xalqının başı sağ olsun”.

AzFakt.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Ərdoğan Misirin sabiq prezidenti, həbsdə olan Məhəmməd Mursinin ölümü haqqında danışarkən deyib.

Məhəmməd Mursinin Misirin seçilmiş ilk prezidenti olduğunu bildirən Türkiyə lideri xatırladıb ki, o, Müsəlman Qardaşları Hərəkatı daxilində apardığı demokratik mübarizə nəticəsində önə çıxmışdı: “Onunla həm prezident seçilməzdən əvvəl, həm də seçildikdən sonra dostluğumuz oldu. Çevrilişdən sonra edam cəzasına məhkum olunan Mursinin məhkəmə salonunda son nəfəsini verməsi özünə və xalqına illərdir edilən zülmün simvoludur”.

Ərdoğan əlavə edib ki, Mursi yüzlərlə insanla birlikdə Misir həbsxanalarında mübarizə aparıb: “Bizim gözümüzdə Mursi inandığı məslək uğrunda həyatını itirən bir şəhiddir”. (Teleqraf.com)



Xəbərin oxunma sayı : 298




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap