Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bizim uşaqlarımızı məhv edirlər...“ - “Niyə dövlət rusdilli məktəbləri maliyyələşdirməlidir?“

Tarix 17.09.21, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin deputatı Vahid Əhmədov bir neçə gündür ki sosial şəbəkələrdə müzakirə edilən rusdilli məktəblərin bağlanması təklifiylə əlaqədar gedən diskusiyalara münasibət bildirib.

V.Əhmədov qafqazinfo.az-a açıqlamasında insanların çox dil bilməsinin özü üçün müsbət hal olduğunu vurğulayıb.

Bununla bərabər millət vəkili rusdilli məktəblərin ölkədə çoxalmasının da tərəfdarı olmadığını nəzərə çatdırıb: “Düzdür, Azərbaycan-Rusiya münasibətlərində bu məktəblərin olmasının da müəyyən qədər rolu olub. Bizim dövlət başçımız da balanslaşdırılmış siyasət aparır. Ancaq artıq zaman dəyişib. Biz gördük ki, 30 ildə Rusiya faktiki olaraq Azərbaycanın Qarabağ problemini həll etməyə mane oldu, ancaq biz onlarla həmişə yaxşı münasibətdə olmuşuq. Cənab Prezident onları yüksək səviyyədə qəbul edib, sazişlər, strateji müqavilələr imzalanıb. Onlar bizim qonşumuzdur. Amma bizim milli mənsubiyyətimiz, Konstitusiyamız var. Bizdə əsas olan dövlət dilidir. Ola bilsin rus dilinə, ingilis dilinə də maraq olsun. Ancaq dövlət səviyyəsində burada ehtiyatlı olmaq lazımdır. Əgər Rusiya Qarabağ probleminin həllində bizə yardım edən dövlət deyilsə, onun məktəblərinin sayını burada niyə genişləndirməliyik ki? Rusiya əksinə Ermənistana bu illər ərzində silah verib, indi də verməkdə davam edir. Həmin silahlarla da bizim uşaqlarımızı məhv edirlər”.

Deputat xatırladıb ki, Türkiyə illər öncə burada müəyyən məktəblərini açmışdı: “Türklər bizim qardaşımızdır, onlara arxayınıq və bilirik ki, Azərbaycanın hər məsələsində, o cümlədən Qarabağ məsələsində yanımızda olurlar. Təklif edirəm ki, rus dilində də olan məktəblər də digər məktəblər kimi özəl olsun. İngilis dilində olan məktəblər bizdə dövlətin himayəsində deyil ki? Birdən-birə yox, yavaş-yavaş belə bir planlar Təhsil Nazirliyi tərəfindən hazırlanaraq hökumətə təqdim edilməlidir.

Rus dilini təbliğ etmək istəyənləri başa düşürəm. Amma onlar getsinlər Moskvaya, Leninqrada təbliğat aparsınlar, Azərbaycanın haqq səsini müdafiə etsinlər. Görək həmin adamları Rusiya televiziyalarına buraxacaqlar?! Əlbəttə, buraxmayacaqlar. Bizdə kifayət qədər savadlı rus dilini bilən insanlar var. Təəssüflər olsun ki, Rusiyada mətbuatla bağlı məsələlərdə əksəriyyət yerləri ermənilər tutublar. Rusdilli məktəbləri müdafiə edənlərin ola bilsin müəyyən maraqları var, bunu başa düşürəm, amma məktəblər özəlləşsin, kim bu dildə oxumaq istəyirsə, gedib pul verib oxusun. Niyə dövlət bunu maliyyələşdirməlidir ki? İnsanların da rusdilli məktəblərə uşaqlarını qoymağa meyli çoxdur. Ancaq dövlət səviyyəsində bu məsələlərə ciddi yanaşmalıyıq. Yavaş-yavaş öz dilimizə hörmətlə yanaşmalıyıq”



Xəbərin oxunma sayı : 757




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap