Müğənninin xanımı əsəbiləşdi “Adamın gülməyi gəlir” - Faiq Ağayev tənqid etdi Məşhur aparıcı komaya düşdü Natavan Həbibinin oğlan toyundan ilk fotolar
Axtar
 
  • / Maqazin / — 25 İyul 2017

    Müğənninin xanımı əsəbiləşdi

  • / Maqazin / — 23 İyul 2017

    “Adamın gülməyi gəlir” - Faiq Ağayev tənqid etdi

  • / Maqazin / — 21 İyul 2017

    Məşhur aparıcı komaya düşdü

  • / Maqazin / — 19 İyul 2017

    Natavan Həbibinin oğlan toyundan ilk fotolar

  • / Hadisə / — 16 İyul 2017

    Kərəm Həsənovun əmisi oğlu vətəndaşı qanına qəltan edib! – ŞİKAYƏT

  • / Maqazin / — 16 İyul 2017

    “Onları öz məkanımda səhnəyə çıxmağa qoymaram”

“Bloomberg”: Regionun ən çox ucuzlaşan milli valyutası laridir

Tarix 21.12.16, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


Regionun milli valyutaları arasında ABŞ dollarına qarşı ən çox ucuzlaşan gürcü larisidir.

“Bloomberg” agentliyi xəbər verir ki, son 1 ayda Gürcüstanın milli valyutası dollara qarşı 11,82% zəifləyib.

Qeyd edilən müddət ərzində türk lirəsi dollara nisbətən 5,12%, manat 4,33%, Ermənistan dramı 0,31% ucuzlaşıb.

Rusiya rublu isə bahalaşan neft fonunda dollara qarşı 3,33% möhkəmlənib.

Ötən gün Gürcüstan Milli Bankının yaydığı açıqlamada deyilib ki, larinin sürətlə dəyərdən düşməsi dolların bahalaşması və türk lirəsinin zəifləməsi ilə əlaqədardır.

“Fundamental faktorlara baxmayaraq, bizim ilkin qiymətləndirmələrimizə görə, larinin hazırkı dəyərsizləşməsi rasional gözləntilərdən daha çox olub”, - deyə tənzimləyicinin açıqlamasında bildirilib.

Dollar təxminən 0,06 lari bahalaşaraq 2,7412 lari səviyyəsinə çatıb ki, bu da Gürcüstanın milli valyutasının dövriyyədə olduğu müddət ərzində antirekord hesab olunur. Valyutadəyişmə məntəqələrində dolların məzənnəsi 2,80-2,81 lariyədək yüksəlib.

Bunu nəzərə alaraq Milli Bank qeyd edir ki, milli valyutanın məzənnəsindəki kəskin təlatümlərin qarşısını almaq üçün sərəncamında olan bütün alətlərdən istifadə edəcək. “Larinin məzənnəsi fundamental faktorlara əsaslanmalıdır”, - deyə açıqlamada vurğulanır.

Bəyanatda həmçinin vurğulanıb ki, yüksək inflyasiya riski yaranarsa, monetar siyasət sərtləşdiriləcək.

Qeyd edək ki, Gürcüstan Milli Bankı oktyabr ayının 12-dən etibarən intervensiyaları dayandırıb. Bundan sonra lari dollara nisbətən 17,3% ucuzlaşıb. Noyabr ayı ilə müqayisədə isə Gürcüstanın milli valyutası 56% dəyərsizləşib. (APA)



Xəbərin oxunma sayı : 106

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda