“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Bloomberg” agentliyindən sensasiyalı xəbər:Rusiya Belarusu özünə birləşdirmək istəyir

Tarix 09.01.19, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Kreml nüfuzunu qoruyub saxlamaq üçün Belarusu özünə birləşdirmək istəyir. Bunu nüfuzlu “Bloomberg” agentliyi yazıb.

Mənbə bildirir ki, belaruslu lider Aleksandr Lukaşenko Rusiya ilə daha sıx ittifaqdan yalnız iqtisadi mənfəət güdür ki, bunlar da ucuz neft və qazdır, lakin heç bir vəchlə suverenliyini itirmək istəmir. Lakin nəşr qeyd edir ki, Belarusla birləşmə Rusiya üçün cəlbedici ideyaya çevrilib.

Birincisi, belaruslarla birləşmə rusiyalılar üçün bir vaxtlar dost olmuş Ukrayna ilə ayrılmanın “kompensasiya”sı ola bilər. Bundan əlavə, 2024-cü ildə Rusiya lideri Ali Dövlət Şurasının rəhbərliyinə gələ bilər. Mənbə xatırladır ki, sözügedən orqan 1997-ci ildə RF ilə Belarus arasında çərçivə müqaviləsinin imzalanmasından sonra yaradılmışdı. Həmin müqaviləyə əsasən, iki dövlətdən ibarət federasiyanın vahid valyutası, bayrağı və emblemi, ümumi bazarı və vahid məhkəmə sistemi olmalıdır.

KİV-ə görə, yaranmış vəziyyətdə Lukaşenko Qərbdən kömək uma bilər, lakin bu da sərfəli variant kimi görünmür, belə ki, ABŞ və Avropa İttifaqı onun mütləq hakimiyyətini laxlada bilərlər.

Daha öncə Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya ilə Belarusun birləşməsi müzakirə predmeti deyil. (virtualaz.org)



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap