Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Boş-boş qurumlar yaradırlar, hanı onlar?“ - Mübariz Məsimovdan qəzəbli suallar

Tarix 21.05.19, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


"Dünən aldığım xəbər məni dəhşətə saldı. Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdır?!”.

AzFakt.com xəbər verir ki, bunu "Palmali” Holdinqin prezidenti Mübariz Mənsimov deyib. 

O, bildirib ki, F. Abbasov hansı cinayəti törədib ki, bu formada həbs olunub: 

"Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorcudur?! Nə edib axı?! Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, orada Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular? Yerin dibinə giriblər?! Niyə belə oğullara sahib çıxmırlar?!".

Mübariz Məsimov daha sonra diaspor və bu işlə məşğul olan qurumları topa tutub:

"Diaspora deyirlər: hanı o diaspora? Niyə Azərbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyib? Niyə vətəndaşına sahib çıxmır? Millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir. Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də, ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi! Niyə susuruq? Niyə susursunuz?

Mən buradan açıq şəkildə bəyan edirəm: Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!”.



Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap