Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Boavişta”da məni “qara siyahı”ya salmışdılar” - Emin Mahmudov

Tarix 26.12.16, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


"Kamran komandamızın hörmətli oyunçularındandır"

Rusiyanın “Sovetski sport” qəzetinin bugünkü sayında Azərbaycan milli komandasının  yarımmüdafiəçisi Emin Mahmudovla geniş müsahibə dərc edilib.

Qol.az-ın xəbərinə görə, sualların əksəriyyəti Eminin hazırda çıxış etdiyi “Boavişta”dakı karyerasına həsr olunub.

Müsahibəni bəzi ixtisarla dərc edirik.

- Portuqaliyaya gəldiyiniz ilk vaxtlar niyə oynamırdınız?

- Məşqçi mənə etimad göstərmirdi.  Bilmirəm, nəyə görəsə gəldiyim ilk gündən “qara siyahı”ya düşdüm.  Yeni məşqçinin gəlişindən sonra isə hər şey dəyişdi. O cümlədən mənə münasibət də.
 
- Migel Leal hələ “Moreyrerse”də çalışanda gənc futbolçularla işləməyi bacarırdı.

- O, yaxşı motivatordur. Psixologiyadan başa çıxır. Bundan başqa, taktika və pressinq üzərində çox işləyir.

- Onun hansısa fikirlərini xatırlayırsınız?

- Deyir ki, öz arzunuzu qurun və hansı vəziyyətin yaranmasından asılı olmayaraq, ondan imtina etməyin. Öz arzunuzun arxasında gedin.

- Portuqaliya dilini hansı səviyyədə bilirsiniz? Rus oyunçu, sizin də yaxından tanıdığınız Vitali Lıstsov bugünlərdə yerli jurnalistlərə (yeri gəlmişkən, “Boavişta” ilə oyundan sonra) portuqal dilində müsahibə vermişdi. 

- Məişət səviyyəsində fikrimi çatdıra bilirəm. Amma çətin cümlələr olanda anlamıram. Axı, cəmi 5 aydı burdayam. Buna baxmayaraq, hamı bildirir ki, portuqal dilində tez öyrənirəm.



- Deməli, siz də bu dildə müsahibə verə bilərsiniz?

- Yox, müsahibə çətin olar (gülür).

- Yəqin ki, “Nasyonal”la matçın ən yaxşı oyunçusu sayılmağınız sizi sevindirdi? (Mahmudov 2:0 hesabı ilə bitən həmin matçda ilk qolun müəllifi olub – red.)

- Əlbəttə. Amma belə qiymətin daha çox olması üçün öz üzərimdə yenə çalışmalıyam. Səviyyəni qorumaq lazımdır.

- Nəzərə alsaq ki, qol vurmusunuz, sizi yanvarın 8-dəki oyunda da meydanda görə bilərik?

- Ümid edirəm. Hər şeyi məşqçi həll edir.

- Siz Portunun özündə, yoxsa yaxınlığında yaşayırsınız?

 - Şəhərin mərkəzində. Düzdü, köhnə şəhərdə yaşamıram, amma çay kənarına yaxınam.

- Yəqin ki, Portunun şərab zirzəmilərində olmusunuz. Onlar mərkəzdədir.

- Mən müsəlman olduğum üçün şərab içmirəm.Ona görə də ora getməmişəm. Portuda şərab zirzəmilərindən başqa hər yerə getmişəm.

- Portuqaliyada ən çox nəyi bəyənirsiniz?

- Buranın mühiti istidir. Şəhər sakit, təmiz və ürəyəyatımlıdır. Futbol mənasında isə meydanlar xoşuma gəlir. 

- “Boavişta”nın ən hörmətli oyunçusu kimdir?

- Mənə qol ötürməsini verən hücumçunu qeyd edə bilərəm. Sonra bizim qapıçımız Kamran Ağayev. Sağ kənar yarımmüdafiəçimiz Yuri Medeyruşun da adını çəkə bilərəm. 






Xəbərin oxunma sayı : 151




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap