Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İbrahim Kalın: “600 min insanı qətlə yetirən hökumətlə əməkdaşlıq etmək nə dərəcədə qanunidir?”

Tarix 23.02.17, 3:05

Font ölçüsü : - / +
bitmap-img6


“İran hesabat verməlidir ki, hansı rejimlə əməkdaşlıq etdiyini iddia edir”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın son günlər İran rəsmilərinin Türkiyənin ünvanına söylədikləri fikirlərə cavab verərkən bildirib.

“İran bizim çox əhəmiyyətli qonşumuzdur. Bu ölkə ilə uzun bir sərhədimiz var. Həm ikitərəfli əlaqələr, həm də regional məsələlərlə bağlı həmişə müzakirələr aparırıq. Bununla belə İranın bölgədəki məsələlərdə nüfuzunu artırmağa çalışdığını da görməyə bilmərik. “Ora rejimin dəvəti il getdik” arqumenti bizim üçün qəbuledilməzdir. İran hansı rejimlə əməkdaşlıq edib? 600 min insanı qətlə yetirən bir hökumətlə əməkdaşlıq etmək nə dərəcədə qanunidir? İŞİD-ə qarşı mübarizəmiz, fəaliyyətimiz, verdiyimiz şəhidlər ortadadır. Türkiyə bu gün İŞİD-ə qarşı mübarizənin ön cərgəsindəddir. Bunu təqdir etməkdənsə, Türkiyəyə qarşı diqqətə almadığımız tənqidlər eşidilir. Dövlət adından danışanda gərək ciddi və məsuliyyətli olasan. Biz milli təhlükəsizliyimiz, bölgə və Suriya xalqının gələcəyi üçün çox ciddi mübarizə aparırıq”, – İbrahim Kalın vurğulayıb.

Qeyd edək ki, ötən gün İranın ali rəhbəri Ayətullah Seyid Əli Xaməneinin müşaviri Əli Əkbər Vilayəti deyib: “Türkiyə Suriyadakı hədəflərinin heç birinə nail olmayıb. Onlar Dəməşqə gedib, Əməvi məscidində namaz qılmaq istəyirdilər. Bunu edə bilmədilər və heç bir zamanda edə bilməyəcəklər. İraq və Suriya hökumətləri müşavirlik etmək üçün İranı ölkələrinə rəsmi dəvət ediblər. Suriya və İraqa icazəsiz gedənlər təcavüzkardırlar və bu ölkələrdən çıxmalıdırlar”.

 



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap