“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Bravo”-ya daha bir protokol yazıldı - Məhsulları çox baha satır

Tarix 11.09.26, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


“Bravo” supermarketlər şəbəkəsinin sahibi olan “Azərbaycan Supermarket” MMC barəsində inzibati protokol tərtib edilib. 

AzFakt.com xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol rəsmiləşdirilib. 

“Azərbaycan Supermarket” MMC-nin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozduğu müəyyənləşdirilib. 

“Bravo” mağazalarında qida məhsulu üzərində göstərilən qiymətdən daha baha qiymətə satılıb. 

“Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlı məqam isə ondan ibarətdir ki, bu, “Bravo” supermarketlər şəbəkəsi ilə bağlı cari il ərzində eyni xarakterli üçüncü haldır. 

Beləliklə, istehlakçıların hüquqlarının pozulması ilə bağlı “Bravo”nun eyni qayda pozuntusuna görə il ərzində artıq üçüncü dəfə məsuliyyətə cəlb edilməsi diqqət çəkir.



Xəbərin oxunma sayı : 1204




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap