Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Brexit”ə alternativ qanun qəbul edildi

Tarix 10.01.19, 20:10

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Böyük Britaniya parlamentində keçirilən səsvermədə deputatlar ölkənin Avropa İttifaqından ayrılma formatını müəyyənləşdirəcək “Brexit” sazişinə alternativ “B planı”nın təqdim edilməsi barədə qanun dəyişikliyini qəbul ediblər

Dəyişikliyə əsasən, əgər 15 yanvarda “Brexit” sazişi parlament tərəfindən təsdiqlənməzsə, baş nazir Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti səsvermədən sonra 21 yox, 3 iş günü ərzində parlamentə alternativ plan təqdim etməli olacaq. Lakin hökumətin deputatların bu tələbini qəbul edib-etməyəcəyi sual altındadır.

Britaniya parlamentində İcmalar Palatasının spikeri Anrea Ledsom bəyan edib ki, Tereza Mey hökumətinin bu tələbi qəbul etməkdən başqa çıxış yolu yoxdur.

Britaniyanın “Brexit” məsələləri üzrə naziri Stiven Barkli isə bildirib ki, “Brexit” planı parlament tərəfindən rədd edilərsə, hökumətin niyyəti də elə məhz çevik davranmaq və qanunverici orqana təhlükəsizlik zəmanəti verməkdir.

Azvision.az xatırladır ki, Britaniyanın müxalif Leyboristlər Partiyası Meyin 15 yanvarda parlament səsverməsini uduzacağı təqdirdə hökumətə qarşı etimadsızlıq səsverməsi keçirəcəyini bəyan edib.



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap