Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bu, əsl top-tüfəngli müharibəyə səbəb ola bilər” – Bayden Rusiya və Çini hədələdi

Tarix 28.07.21, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatların üzərinə hər hansı böyük kiberhücum əsl toplu-tüfəngli müharibəyə çevrilə bilər. 

O, iyulun 27-də bu bəyanatı verərərək Rusiya və Çini Birləşmiş Ştatların milli təhlükəsizliyinə hədə adlandırıb: "Məncə bu tamamilə mümkündür ki, hər şey müharibə ilə nəticələnsin – böyük bir dünya gücü ilə real atışmalı müharibə ilə. Bu kibertəhlükəsizliyin böyük nəticələri olan pozulmasının yekunu olardı. Deməliyəm ki, bu təhlükə həndəsi silsilə ilə artır”.

Bayden ABŞ hökumət agentliklərinin və özəl sənayeninin üzərinə kiberhücumların artdığını bir daha vurğulayıb. ABŞ rəsmiləri bu hücumları əsasən Rusiya və Çinə bağlayırlar.

Prezidentliyinin ilk altı ayında ABŞ üzərinə reket müdaxilələri də daxil silsilə hücumlar - kibertəhlükəsizliyi Bayden administrasiyasının gündəliyində priroritetə çevirib.

Bayden bundan əvvəl bildirmişdi ki, ötən iyun ayında Rusiya prezidenti Vladimir Putinlə Cenevrədə keçirilən görüşündə kiberhücumlardan kənarda qalmalı olan 16 həyati əhəmiyyətli infrastrukturları müzakirə edib. Burada söhbət əsas etibarilə enerji və içməli su sektorlarından gedirdi.

Bayden prezidentliyə başlayarkən dərhal SolarWinds şəbəkəsinə kiberhücumun nəticələri ilə məşğul olmalı olub. ABŞ nazirliklərinin və bizneslərinin işini pzoan bu hücumun arxasında Rusiya hökumətinə bağlı hakerlərin olduğu düşünülür.

ABŞ kəşfiyyatı ölkənin əsas yanacaq kəməri olan Colonial Pipeline və ət emalı nəhəngi JBS şirkətlərinin üzərinə haker hücumlarında da Rusiya hakerlərindən şübhələnir. Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri bu ayın əvvəllərində Çini Microsoft şirkətinin proqramına hücum da daxil geniş haker kampaniyası aparmaqda ittiham etmişdilər. (azadliq.org)



Xəbərin oxunma sayı : 430




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap