İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm” "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi Müğənni Nüşabə Ələsgərli qəza törədib
Axtar
 
  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

  • / Maqazin / — 12 Sentyabr 2017

    Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

  • / Maqazin / — 12 Sentyabr 2017

    “5 yaşında nəvəm var” - Roza Zərgərli

“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

Tarix 14.08.17, 17:32

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın “The Hill” nəşri Vaşinqtondakı Xarici Siyasət Şurasının baş elmi işçisi, Ordu Kollecinin professoru Stefan Blənkin məqaləsini dərc edib.

Məqalə ABŞ administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vasitəçilik səylərini hələ də artırmamasından və bu münaqişəni faktiki olaraq Rusiyanın öhdəsinə buraxmaqdan bəhs edir.

Virtualaz.org xəbər verir ki, amerikalı təhlilçi Minsk Qrupunun on illərdir heç bir nəticə əldə edə bilmədiyi bir vaxtda Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların başlanması riskinin hər iki tərəfin malik olduqları silahların dağıdıcı gücü ilə bir vaxtda artmasını vurğulayır.



“Məsələn, bu yaxınlarda ermənilər rus raketləri ilə Azərbaycan müdafiə nazirinin vertolyotunu hədəf aldılar. Azərbaycan həmin raket qurğusunu (“OSA” nəzərdə tutulur.-red)  İsrail istehsalı olan raketlə vurdu. Lakin vertolyotun hədəfə alınması yox, məhz raket qurğusunun vurulması Minsk Qrupunu dəhşətə düşürdü. Əslində isə ABŞ Minsk Qrupuna heç nümayəndə də təyin etməyə tələsmir, hətta səfir səviyyəsində. Çünki bu məsələ Vaşinqtonu elə də maraqlandırmır”-Stefan Blənk yazır.

Müəllifə görə hərbi əməliyyatların başlanmasının qarşısını almaq Amerikanın maraqları üçün çox mühümdür: “Çünki Moskva təkcə münaqişə tərəflərinə yüksək dəqiqlikli silahlar vermir, eyni zamanda Azərbaycana təzyiq göstərir ki, müstəqilliyindən imtina etsin və Avrasiya İttifaqına qoşulsun. Aydındır ki, Rusiya bu münaqişəni həll etməklə deyil, idarə etməklə məşğuldur”.



ABŞ Ordu Kollecinin professoru qeyd edir ki, minlərlə insan tələfatına səbəb olacaq müharibə təhlükəsi artır, çünki hər iki tərəf yüksək dəqiqlikli silahlara malikdir. Bundan əlavə Azərbaycan Naxçıvandakı qüvvələrini gücləndirir, bu, hakim Əliyevlərin doğulduğu yerdir və Ermənistan paytaxtına ən yaxın ərazidir.

“Müharibə erməni qüvvələrinin tamamilə Rusiya ordusunun tərkibinə birləşdirilməsinə gətirib çıxarardı. Çünki Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşması yaradıblar, müharibə olsa həmin qruplaşma Rusiya tərəfindən idarə olunacaq.

“Rusiyanın Ermənistanda Gümrü hərbi bazasının olması da nəzərə alınarsa müharibə Rusiyanın Ermənistanı tamamilə işğal etməsi ilə nəticələnəcək, habelə Rusiyanın Azərbaycana qarşı mümkün hərbi intervensiyasına, hətta müdaxiləsinə gətirib çıxara bilər. Və Türkiyənin Azərbaycanla münasibətlərini nəzərə alaraq bu müharibə türk müdaxiləsi ehtimalını da yaradacaq”-müəllif bildirir.



Stefan Blənk qeyd edir ki, bütün bunlar sadəcə olaraq spekulyasiya deyil. Dağlıq Qarabağda və ətrafında toqquşmalar son illər durmadan artır, lakin yeni müharibənin başlanmasının qarşısını almaq üçün heç nə edilmir. Hansı ki, bu müharibə ancaq Moskvanın xeyrinə olardı.

“Moskva dayanmadan Gürcüstan ərazilərini qəsb edir, habelə Azərbaycanı və Gürcüstanı içəridən dağıtmaq səyləri göstərir. Rusiyanın təsirləri bu ölkədəki diaspora söykənən, etnik azlıqları Bakı və Tiflis hökumətlərinin üzərinə qaldırmağa çalışan yeni siyasi partiyaların yaranmasına gətirib çıxarıb”-müəllif qeyd edib.



Stefan Blanka görə Rusiyanın Azərbaycan və Gürcüstanla bağlı məqsədləri var. Rusiya istəyir ki, Gürcüstan NATO-ya üzv olmaq planlarından əl çəksin. Azərbaycan isə Balkanlarda onunla qaz rəqabətinə girməsin.

“Beləliklə, Rusiyanın bu regionda aqressiv siyasəti başqa ölkələrdə olduğu kimi, aydındır. Və onun taktikası hər yerdə eynidir. Rusiya “dondurulmuş münaqişələr” yaradır, dövlətlərə müdaxilə edir, onlara öz suveren hüquqlarını həyata keçirib Avropaya meyllənməyə imkan vermir. Bu ölkələrin ərazilərini ələ keçirib orada “müsəqil dövlətlər” yaradır, sonra həmin “dövlətlər” Rusiyanın tərkibinə daxil olur”-amerikalı təhlilçi yazır.



Stefan Blank bildirir ki, Vaşinqton Minsk Qrupunu fəaliyyətsizliyinə dözmək əvəzinə Dağlıq Qarabağ məsələsində vasitəçiliyə başlamalıdır. Habelə ABŞ Azərbaycanın enerji resurslarının Avropaya nəqlinə birmənalı dəstəyini ifadə etməlidir. “Nəhayət biz Azərbaycanda demokratikləşməni dəstəkləmək istəyiriksə Bakının təhlükəsizlik problemlərinə ciddi yanaşmalıyıq, çünki bu, insan haqları sahəsində irəliləyişin əldə edilməsinin yeganə yoludur”-Blənk bildirir.




Xəbərin oxunma sayı : 364

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda