Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bu ağır günlərdə jurnalistlərin də əməyi qeyd olunmalıdır” – Komitə sədri mediaya təşəkkür edib

Tarix 08.04.20, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


“Müasir dövrü mediasız, jurnalistikasız təsəvvür etmək çətindir. Media mənsubları, jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyalara, geniş kütlələrə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Xüsusilə bu ağır və məsuliyyətli günlərdə peşəsini sənət səviyyəsinə yüksəltmiş, çevik və operativ, cəsarərli və qərəzsiz, dəqiq və vicdanlı jurnalistlərə ehtiyac böyükdür. Danılmaz fakdır ki, onlar dünyada tüğyan edən Covid-19 virusu haqqında düzgün maarifləndirmə işləri apararaq, çoxlu insan həyatının xilas olunmasına səbəb olurlar”.

AzFakt.com-un məlumatına görə, bunları Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın media mənsublarına ünvanladığı təşəkkür mətnində qeyd edib.

Komitə sədri daha sonra yazır: “Bütün dünya dövlətləri bu problemlə mübarizədə müxtəlif tədbirlər həyata keçirirlər. Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü mükəmməl tədbirlərin xalqa doğru-düzgün çatdırılmağının, cəmiyyətin düzgün maarifləndirilməyinin nəticəsidir ki, bu günə qədər ölkəmiz virusa qarşı mübarizədə yoluxma hallarının aşağı səviyyədə olması və ölüm sayının az olması ilə dünya ölkələri arasında ön sıralarda yer tutur. Heç şübhəsiz ki, günün qəhrəmanları sırasında həkim və polislərlə yanaşı jurnalistlərin (KİV əməkdaşları) də əməyi mütləq qeyd olunmalıdır.

Hörmətli peşəkar media mənsubları, sağ olun ki, Həsən bəy Zərdabi məktəbinin davamçıları olaraq, peşənizi şərəflə icra edib, daim zirvədə tutursunuz!

Mən sizə öz minnətdarlığımı bildirərək, bu ağır g=ünlərdə sizə möhkəm can sağlığı və yorulmaz fəaliyyət arzulayıram.

Ulu Tanrı sizi qorusun!”



Xəbərin oxunma sayı : 328




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap