Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Bu ay 32 narkotacir tutulub” - DİN (VİDEO)

Tarix 28.06.22, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son günlərdə 32 narkotacir tutulub, onlardan 90 kiloqram narkotik maddə aşkar edilib.

AzFakt.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, paytaxt və bölgələrdə son 25 gündə keçirilən əməliyyatlarla sosial şəbəkələr vasitəsi ilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla satış həyata keçirən mütəşəkkil dəstənin daha 32 üzvü saxlanılıb. Onlardan 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib.

Yardımlı, Masallı, eləcə də paytaxtın Qaradağ rayonlarındakı əməliyyatlar zamanı Amid Ağayev, İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 47  kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə etdikləri plastik kartlar aşkar edilib. Adları çəkilən 4 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışını təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, sosial şəbəkələrdə müxtəlif videoşantaj, narkotik vasitə istifadəçilərinə “qayğı” göstərmək və pulsuz narkotik vasitə təklif etmək yolları ilə iradəsi zəif olan şəxsləri narkokuryerliyə cəlb etmək olub.

Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrində həyata keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin satışını təşkil edən daha 28 nəfər saxlanılıb. Onlardan 43 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.






Xəbərin oxunma sayı : 967




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap