“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bu bəraət qərarları hakimiyyət-müxalifət dialoqun fonunda baş verir” – REAL bəyanat yaydı

Tarix 23.04.20, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün İlqar Məmmədovun və Rəsul Cəfərovun Ali Məhkəmənin Plenumunda bəraət almaları Azərbaycan məhkəmə-hüquq sistemi üçün tarixi bir hadisədir. O, qanun aliliyinin təmin edilməsində yeni, çox müsbət presedentlər yaradır”.

AzFakt.com xəbər verir ki, bu sözlər REAL partiyasının bəyanatında yer alıb.

Bəyanatda daha sonra bildirilib ki, sözügedən işlər geniş mənada Azərbaycan milli qanunvericiliyi insan haqlarının və fundamental azadlıqlarının qorunmasında son nəticədə səmərəlidir: “Avropa İnsan Haqları Konvensiyasının həmin tərkibə daxil olması bu səmərəni artırır. Bundan sonra qərarların verilmə sürəti baxımından siyasi və hüquqi tədbirlərin həyata keçirilməsi daha da fəallaşdırılmalıdır ki, bu səmərə daha da artırılsın.

Ayrıca qeyd etməliyik ki, Ali Məhkəmədən öncə azərbaycanlı hakimlər – Xanlar Hacıyev və Lətif Hüseynov – hər iki işdə ədalətli mövqedən çıxış edərək İlqar Məmmədovun və Rəsul Cəfərovun xeyrinə Avropa Məhkəməsində qəbul olunan qərarların lehinə dəfələrlə ardıcıl olaraq səs vermişdilər.

REAL partiyası olaraq onu da nəzərdən qaçırmırıq ki, bugünkü bəraət qərarları hakimiyyətin müxalifətə təklif etdiyi dialoq təşəbbüsü, REAL partiyasının bu təşəbbüsü qəbul etməsi və ilk təmasdan sonra dialoqun əməli sürəcə çevrilməsi fonunda baş verən hadisədir.

Bu yolda bizə dəstək olmuş partiya üzvlərimizə, vəkillərə və geniş ictimaiyyətə bir daha təşəkkürümüzü bildiririk”.




Xəbərin oxunma sayı : 370




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap