Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bu bizim həyat tərzimizdir, özümüzü ifadə formamızdır” – Bahar Muradova

Tarix 12.04.17, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün ərazi iddiaları, iqtisadi və hərbi maraqlar, o cümlədən etnik bölgüyə əsaslanan siyasət dünyanı təhdid edir”.

“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib.
O vurğulayıb ki, hazırda insanlığı kataklizmə sürükləyən çağırışlar dünyanı təhdid etməkdədir: “Biz bu çağırışların qarşısına İslam həmrəyliyi, multikultural dəyərlərin təbliği, dini, etnik, milli dözümlülüklə, səninlə bir ərazini bölüşən digər xalqların və millətlərin nümayəndələrinə hörmət hissi ilə yaşamaq, onların mədəniyyətlərinə hörmət hissi ilə yanaşmaqla çıxırıq. Azərbaycanın dünyaya verdiyi çağırışların mahiyyətində bunlar dayanır”.

B.Muradaova bildirib ki, Azərbaycan o ölkələrdəndir ki, onun milli, dini və etnik münasibətləri tənzimləyən qanunları bu ərazidə yaşayan xalqların və millətlərin minilliklər boyu formalaşmış münasibətlərinə, birgə yaşayış qaydalarına və onlar arasında olan harmoniyaya əsaslanır: “Yəni bu bizə kənardan gəlmə, yad fikir deyil, bu bizim həyat tərzimizdir, özümüzü ifadə formamızdır. Ona görə Azərbaycan bu gün çox böyük qətiyyətlə və uca bir səslə həm multikultural dəyərlərin daşıyıcısı və nümunəsini ortaya qoymuş bir ölkə kimi, eyni zamanda İslam həmrəyliyi mövzusunu, İslam həmrəyliyi çağırışını irəli sürə bilir”.



Xəbərin oxunma sayı : 94




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap