Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bu cinayət işinin mənimlə bağlılığı yoxdur“ - Deputat

Tarix 11.10.17, 19:43

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Hesablama Palatası Kollegiyası İqtisad Universitetində yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib. Yoxlama dövründə İqtisad Universitetinin rektoru vəzifəsini tutmuş millət vəkili Şəmsəddin Hacıyevin həbs oluna biləcəyi ehtimalları da məhz bundan sonra ortaya çıxıb.

Bu xəbərlərlə bağlı Unikal.org-a danışan Ş.Hacıyev yayılan məlumatların doğru olmadığını və şər-böhtan xarakteri daşıdığını deyib: “Barəmdə yayılan xəbərlər böhtandır. Sözügedən cinayət işinin mənimlə heç bir bağlılığı yoxdur. Hesab edirəm ki, mətbuat orqanları barəmdə dəqiqləşdirilməmiş informasiya verməməlidir”.

“Ümumiyyətlə, sözügedən məsələ ilə bağlı Baş Prokurorluqda dindirilmisinizmi”, sualımıza Ş.Hacıyev belə cavab verib: “Mən, bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki? Hazırda YAP-ın təsis olunmasının 25 illiyi ilə məşğulam”.

Maraqlıdır, Hesablama Palatası məhz Ş.Hacıyevin rəhbərliyi dövründə İqtisad Universitetində cinayət xarakterli halların olduğunu qeydə alır və materialları Baş Prokurorluğa təqdim edir. Ş.Hacıyev isə qətiyyətlə bildirir ki, bu cinayət işinin ona aidiyyatı yoxdur…



Xəbərin oxunma sayı : 670




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap