Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Bu gün Azərbaycanda təxminən 4500 nəfərə 1 vəkil düşür“ - Kollegiya sədri

Tarix 28.01.22, 12:39

Font ölçüsü : - / +
bitmap-img6


 “2018-ci ilin əvvəllərində ölkəmizdə 11 min nəfərə 1 vəkil düşürdüsə, bu gün təxminən 4500-4800 nəfərə 1 vəkil düşür. Bu, çox ciddi bir irəliləyişdir. Bu dinamika təkcə Azərbaycanda deyil, beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” layihəsində qonaq olarkən deyib.

O bildirib ki, son 4 ildə Azərbaycanda vəkillərin sayı xeyli artıb: “Təhlil aparsaq, görərik ki, son 4 il ərzində vəkilliyə qəbul dayanmadan aparılır. Demək olar ki, hər il bir neçə dəfə yazılı imtahan keçirilir. Məqsədimiz odur ki, ölkəmizdə vəkillərin sayı ən azından Avropa orta statistik rəqəmlərinə uyğun olsun. Bu gün Bakı şəhərində vəkillərin sayına görə demək olar ki, həmin rəqəmlərə yaxınlaşmışıq. Təxminən 1500 nəfərə 1 vəkil düşür”.

Sədrin sözlərinə görə, paytaxtda vəkillərin sayı artsa da, regionlarda bununla bağlı vəziyyət ürəkaçan deyil: “Bölgələrdə vəkil çatışmazlığı bizi narahat edən əsas məsələrdən biridir. Biz bu problemin həlli üçün bir çox işlər görmüşük. Bir çox bölgələrdə yeni qurumlar yaratmışıq. Təbii ki, biz bununla kifayətlənmirik. Bu istiqamətdə işlərimiz davam etdiriləcək. Lakin bilirsiniz ki, vəkillik müstəqil peşədir. Vəkillər harada fəaliyyət göstərəcəklərinə özləri qərar verirlər. Vəkilliyi müstəqil peşə kimi bəyan etmiş heç bir ölkədə vəkillərin hansısa rayona, şəhərə təyinatı ilə bağlı qərar qəbul edilmir. Amma sevindirici haldır ki, Bakıda vəkillərin sayı artdıqca bəzi vəkillər də gedib rayonda fəaliyyət göstərməyi seçirlər”.



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap