Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub” – DİM sədri

Tarix 16.08.18, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


“Ötən ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilib. Bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəil öz müsbət təsirini göstərib. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda- ümumilkdə 29 nəfər olub”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 7-ci nömrəsində yer alan “Ön söz”ündə bildirib.

Onun sözlərinə görə, qəbul imtahanları bu model üzrə sonuncu ildir ki, keçirilir: “Məlumdur ki, 2008-ci ildən başlayaraq Azərbaycanda ümumi orta təhsil müəssisələrində yeni fənn kurikulumlarının tətbiqinə başlanıb. Təhsil sahəsində həyata keçirilən bu islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur. Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək”.

“Əziz tələbələr! Siz bu gün seçdiyiniz peşənin sirlərinin dərk edilməsinə aparan yolda ilk addımlarınızı atırsınız. Lakin hamımız bilirik ki, bu yol davamlı inkişaf tələb edir, çünki elm daim inkişaf edir, mövcud informasiya ehtiyyatları ilbəil artır və əvvəlki biliklər köhnəlir. Belə ki, peşəkar mütəxəssis adını qoruyub saxlamaq istəyən hər kəs nail olduğu ilə kifayətlənməməli və daim öz üzərində çalışmalıdır. Bu prosesin sərhədi yoxdur! Biz əminik ki, tələbəlik illəri hər biriniz üçün nailiyyət və zəfər illəri olacaq və siz peşəkar mütəxəssis olacaqsınız. Biz buna inanırıq! Bir daha sizləri təbrik edir və uğurlu təhsil, öz gücünüzə inam və yeni nailiyyətlər arzu edirik!”- deyə M.Abbaszadə əlavə edib.



Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap