Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bu kadr islahatı deyil, qohum çətəsində yerdəyişmədir“ - Komitə sədri SOCAR-da aprılan islahatları topa tutdu

Tarix 02.11.19, 14:26

Font ölçüsü : - / +
bitmap-img6


SOCAR-ın bir sıra idarələrinin rəhbərliyində dəyişiklik olub

SOCAR prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə şirkətin bir sıra idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik olub.

SOCAR-ın yaydığı məlumata görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR-ın prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

AzFakt.com xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə Rövnəq Abdullayevin 1 noyabr əmrini “əsrin uğursuz islahatı!” kimi dəyərləndirib. Mirvari Qərəmanlı hesab edir ki, bu kadr islahatı deyil, qohum çətəsində yerdəyişmədir.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi vəzifəsində itirməyib, daha yaxşı idarəyə keçirilib. O da “toxunulmazlar”siyahısındadır. “Azəriqaz” İB-nin baş direktoru təyin edilən Ruslan Əliyev həmin idarədə əsas fiqur olub. May ayında ölkə başçısının “Azəriqaz”ın ünvanına dediyi iradlar (əhaliyə tədbiq olunan qeyri qanuni cərimələr, sayğaclara tərtib olunan aktlar və .s), 3 il bundan öncə “Azəriqaz”ı yoxlayan audit şirkəti “Ernst & Young”-n iradları məhz onun başçılıq etdiyi sahəyə aid idi”, - Mirvari Qəhrəmanlı deyib.

O bildirib ki, rəhbər kadrlara da təyinat yalnız onun seçdiyi adamlar ola bilərdi.

“Bir sözlə “de-fakto” rəhbərlik edən Ruslan Əliyev, “de-yure” rəhbər oldu! Bir sözlə, elə çıxdı ki, prezident tənqid etdi, vəzifəsi yüksəldi. Deyilənə görə onu SOCAR-ın vitse-prezidentlərindən biri himayə edir. Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev, qaz sahəsində ən təcrübəli peşəkar kadr sayılır. Düşünürəm ki, onun “Neftqaztikinti” trestinə rəhbər kimi namizədliyi düzgün seçilib. Ancaq son zamanlar təminat sahəsindəki (əsasən trestin Neft Daşlarındakı Təmir Tikinti sahəsindəki) korrupsiya halları haqqında təşkilatımıza məlumatlar daxil olduğundan (köhnə qaz borularını yenilərinin əvəzinə istifadə) trestdə müstəqil yoxlamaya ciddi ehtiyac duyulduğuna səbəbdir. “Heydər Əliyev” adına neft emalı zavoduna isə heç vaxt kənar şəxs təyin olunmayacaq. Belə olsa alınan, emal olunan neft haqqında, yanacaq haqqında çox mətləblər ortaya çıxa bilər. Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR-ın prezidentinin müşaviri vəzifəsinə təyin olunmaqla, nə maaşda, nə də imtiyazlarda itirməyiblər”.



Xəbərin oxunma sayı : 2314




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap