Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bu məlumat ictimailəşsə bankın vəziyyəti daha da pisləşər” - Mərkəzi Bank

Tarix 21.07.20, 14:34

Font ölçüsü : - / +
bitmap-img6


“Banklara qoyulan qadağaların ictimailəşdirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş formaları var. Hansısa bir banka əmanətin qoyulmasına qadağanın qəbul olunmasını ictimailəşdirmək olmur”.

Bunu “Report”a bağlanan banklar tərəfindən əmanət qəbulunu qadağan edilməsinə baxmayaraq cəlb edilməsi məsələsini şərh edən Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin I müavini Alim Quliyev deyib.

O bildirib ki, bu məlumat ictimailəşsə bankın vəziyyəti daha da pisləşər:

“O zaman insanların həmin bankda olan əmanətlərinin bir anın içində çəkməsi problemi yaranardı. Əgər bir vətəndaş bilsə ki, bu banka əmanətin qəbulunu qadağan ediblər, onda orda kim vəsaitini saxlayar?”.

AMB rəsmisi deyib ki, gələcəkdə belə halların olmaması üçün qanunvericiliyə yenidən baxılacaq:

“O istiqamətdə tədbirlər görülür. Ümumiyyətlə əmanətlərin sığortalanma mexanizminin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank təkliflər hazırlayır. Yəqin ki, ilin sonuna qədər qəbul olunar”.

Mərkəzi Bankın sədrinin müavini Aftandil Babayev isə həmin məlumatların açıqlanmasının maliyyə sabitliyinə zərər vura biləcəyini qeyd edib: "Həmin məlumatların açıqlanması həm bankın özünün vəziyyətinə, həm də maliyyə sabitliyinə ciddi zərbə vurar”.



Xəbərin oxunma sayı : 604




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap