Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bu məmur məhz korrupsiya ilə məşğul olmağa gəlir” – Deputatdan şok sözlər

Tarix 09.10.19, 16:13

Font ölçüsü : - / +
bitmap-img6


“Bu reallıqdır. Əgər məmurun savadı, Vətənə, millətə, dövlətə sevgisi varsa, neqativ halların heç biri onda olmayacaq. Bizdə vətənpərvərliklə bağlı çoxlu mövqe və baxışlar var”. 

AzFakt.com xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının üzvü, deputat Nəsib Məhəməliyev APA-ya açıqlamasında deyib. O, cəmiyyətdə məmurlara qarşı münasibətdən danışarkən bunun səbəblərini də izah edib:

“Mənim baxışıma görə, vətənpərvər ilk növbədə o insandır ki, cəmiyyətdə harada və hansı sahədə çalışmasından asılı olmayaraq vəzifəsini layiqincə yerinə yetirir. Hesab edirəm ki, məmur heç vaxt şəxsi hisslərlə rəhbərlik etməməlidir. Şəxsi hisslər aldadıcıdır. Çünki şəxsi hisslər gündə bir neçə dəfə dəyişə bilər. Məmur qanunlara, Konstitusiyaya riayət etməli və təmsil etdiyi komandanın mənəvi prinsiplərinə əsaslanmalıdır. 

Bizdə bəzi məmurlar vəzifəyə təyin edilən kimi rəhbərlik etdiyi qurumlara, ilk növbədə, öz adamlarını gətirirlər. Orada 10-15 il dövlətə sədaqətlə çalışan savadlı insanları kənarlaşdırır, onun yerinə işini bilməyən, bəzi hallarda kobud adamları ətrafına yığır. Bu məmur oraya məhz korrupsiya ilə məşğul olmağa gəlir. Hesab edirəm ki, əhalidə narazılıq yaradan problemin kökündə bu durur. Bu hal kütləvi hal aldıqda cəmiyyətdə narazılıq yaradır. Hesab edirəm ki, güclü, savadlı rəhbər istənilən kadrla işləməyi bacarmalıdır. Heç bir halda nöqsansız işləyən, peşəkar kadrı işdən çıxarmaq olmaz. Əgər bir kadr 10-15 il işləyibsə, demək ki, dövlətə sədaqətlə xidmət edib. Məmur savadsız, qeyri-peşəkar olanda, rəhbərlik etdiyi sahənin işini çox aşağı səviyyədə biləndə kollektivdə özünün dominantlığını göstərmək üçün nə qədər ağıllı insanlar var onların “başını kəsir”. Nə qədər özünə münasib adam varsa, gətirib yanına yığır. Bu, ümumiyyətlə pis nümunədir.

Bir neçə ay əvvəl iştirak etdiyiniz debatdan sonra məlumatlar yayıldı ki, YAP-dan Sizin debatlarda çıxış etməyinizə qadağa qoyulub” sualına isə deputat belə cavab verib:

“Yox, heç bir məhdudiyyət qoyulmayıb. Düzdür, ondan sonra məni ancaq bir çox müxalif kanallar dəvət ediblər. Amma mən getməmişəm”.

O, bəzi deputat həmkarlarınızın parlament fəaliyyəti ilə yanaşı, özəl biznesinin olduğu barədə mətbuatda yazılanlara da münasibət bildirib:

“Deputatların, dövlət idarəetmə sistemində işləyən məmurların biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Bu, beynəlxalq normadır və normaldır. Məsələn, Donald Tramp ABŞ Prezident seçilənə qədər biznes fəaliyyəti ilə məşğul olurdu. Seçildikdən sonra isə biznesini kiminsə idarəetməsinə verdi. Qanun bunu tələb edir. Deputat da seçildiyi dövrdə biznesdən kənarlaşır. Əgər deputat fəaliyyət göstərdiyi zaman hər hansı maliyyə sənədlərinə imza atırsa, istehlak kreditləri istisna olmaqla, digər kredit müqavilələrini imzalayırsa, təbii ki, bu, qanunsuz fəaliyyətdir. Belə olan halda avtomatik özü istefa verməlidir. Ya biznes, ya deputatlıq. Ona görə mən sənədləri  görmədən, faktları bilmədən kiminsə barəsində fikir söyləmirəm”.

 



Xəbərin oxunma sayı : 463




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap